Xalça istehsalının azalmasının başlıca səbəbi açıqlanıb
Azərbaycanın zəngin xalçaçılıq ənənələrinə baxmayaraq, son dövrlərdə əllə toxunan xalça istehsalı azalmaqdadır.
Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramında bildirilir ki, 2017-ci ildə Azərbaycan Respublikasında sənaye müəssisələri əllə toxunan 564,5 kv.m xalça istehsal etmişlər ki, bu da 2012-ci illə müqayisədə (1,9 min kv.m) təxminən 3,4 dəfə azdır.
Bununla yanaşı, 2017-ci ildə Azərbaycan Respublikasına 3306,1 min kv.m xalça və digər toxunma döşəmə örtükləri idxal edilmişdir və bu rəqəm isə 2012-ci ildə cəmi 1912,6 min kv.m olmuşdur.
Xalça istehsalının azalmasının başlıca səbəbi kimi ölkədə yun iplik istehsalının olmamasını, xalçanın maya dəyərinin baha başa gəlməsini qeyd etmək olar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, respublikada 2017-ci ildə 16,0 min ton yun istehsal edilsə də, yun iplik istehsal edən müəssisələrin məhdudluğu və xarici ölkələrdən ucuz qiymətə əllə toxunan xalçaların idxal edilməsi xalça istehsalının azalmasına səbəb olmuşdur.
Bununla belə, Azərbaycan Respublikasında xalça istehsalı müəssisələrinin sayının artırılması istiqamətində işlərin davam etdirildiyini, dövlətin müvafiq dəstəyini və xalçaçılıq sahəsinə marağın getdikcə artdığını nəzərə alsaq, növbəti illərdə xalça istehsalının və ixracının artacağını proqnozlaşdırmaq olar.
1980-ci illərin əvvəllərində ölkədə xalçaçılıq sahəsində çalışanların sayı 7000 nəfərə yaxın olsa da, hazırda Azərbaycan Respublikasında xalçaçılıqla məşğul olan mütəxəssislərin, o cümlədən “Azərxalça” ASC-nin xətti ilə xalça istehsalına cəlb olunmuş şəxslərin sayı təxminən 1000 nəfərə çatır.
Xalçaçılıq Azərbaycan xalqının milli mədəniyyət tarixində özünəməxsus yer tutur. Yüksək estetik əhəmiyyət kəsb edən, milli naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçaların ornamentlərindən kiçik suvenir nümunələrindən tutmuş müxtəlif binaların divar və döşəmə bəzəklərinədək müxtəlif sahələrdə geniş istifadə edilir.
Azərbaycan xalçaları toxunma texnikasına görə 2 əsas qrupa bölünür: xovsuz və xovlu xalçalar. Xovsuz xalçaların yaranması toxuculuq sənətinin ilk dövrlərinə təsadüf edir. Bu qrupa çətən, həsir, palaz, kilim, cecim, vərni, şəddə, zili və sumax kimi xalçalar daxildir.
Xovlu xalçalar xalça sənətinin texnoloji və bədii inkişafının son dövr məhsuludur. Ümumilikdə Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Qazax-Borçalı, Quba, Təbriz (Cənubi Azərbaycan). Bu elmi təsnifat şərti xarakter daşıyır və bilavasitə Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olmuş xalçaçılıq ənənələrinin sistemli şəkildə araşdırılmasına xidmət edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
59 d. əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
1 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
11 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir


























