İş adamları pulu harada və necə xərcləməklə bağlı hansısa qurumdan icazə almalıdır?
Dövlət Gömrük Komitəsi bəzi sahibkarların ixrac yolu ilə qazandıqları pulları ölkə daxilində deyil, xaricdə xərcləməsindən narahatdır. İqtisadçı Vüqar Bayramov bldirib ki, sahibkarlar puldan istifadəyə sərbəst qərar verməlidirlər.
“Maraqlıdır, məgər iş adamları qazandıqları pulu harada və necə xərcləməklə bağlı hansısa qurumdan icazə almalıdır? İqtisadiyyatın fundamental qanunu sahibkarın əldə etdiyi puldan istifadəyə sərbəst qərar verməsidir. Onu xaricdə də xərcləyə bilər, daxildə də. Amma bütün hallarda qərarı hansısa qurum deyil, sahibkarın özü verməlidir. Onsuzda sahibkarlar öz biznes fəaliyyətlərini davam etdirmək üçün ixrac nəticəsində qazandıqları pulun bir hissəsini bütün hallarda ölkəyə gətirilər. Onsuz da ixrac hətta pulun bir hissəsi xaricdə xərcləndiyi hallarda da ölkə üçün valyuta deməkdir”.
“Malları ixrac edib, pulunu xaricdə dövriyyəyə buraxırlar”
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi Azərbaycandan ixrac olunan məhsulların dəyərinin ölkə ərazisinə gətirilməsinə daha ciddi nəzarət edəcək. Çünki xaricdə satılan Azərbaycan malları üzrə valyutanın bir hissəsinin ölkəyə vaxtında daxil olmadığına dair şübhələr yaranıb.
“Marja”nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirmişdi.
“İxracatçı, pulu qabaqcadan ödənilməyən vəziyyətdə bankdan zəmanət məktubu alıb gömrük orqanına təqdim edirdi. Sonradan bu sənədin təqdim edilməsi ləğv edildi. Məqsəd sənədlərin azaldılması, ticarətin sadələşdirilməsi idi. Amma biz hiss edirik ki, bu pulların xaricdən gec gətirilməsinə, xaricdə dövriyyəyə buraxılmasına şərait yaradır. Biz yenidən zəmanət məktubu alınıb gömrük orqanlarına təqdim edilməsinin bərpasını istəyirik və bu barədə təklifimizi hazırlayıb hökumətə təqdim etmişik. İndiki valyuta qıtlığı şəraitində satılan məhsulların pulunun ölkəyə gətirilməsi çox vacibdir”,- Komitə sədri demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 34 d. sonra
-
16 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 17 d. əvvəl
-
-
24 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
30 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
42 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 46 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb


























