Nazir: “Yaxın zamanda Azərbaycan və Türkiyə milli valyutaları ilə ticarətə keçəcək”
Yaxın zamanda Azərbaycan və Türkiyə öz milli valyutaları ilə ticarət həyata keçirə biləcək.
Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.
“Azərbaycan və Türkiyənin milli valyutaları ilə ticarət etməsi çox vacibdir. Bununla bağlı hər iki ölkənin Mərkəzi Banklarına həm Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, həm də Azərbaycan Prezidenti İlham Əliyev müvafiq təlimatlar verib. Hazırda texniki işlər demək olar ki, yekunlaşıb”, - Türkiyənin iqtisadiyyat naziri qeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə damarların bir-birinə bağlandığı kimi hər gün daha da bağlanır. N. Zeybekçi iki ölkə arasındakı əməkdaşlıqda Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri kim böyük layihələri xüsusi qeyd edib. O, həmçinin İzmirdə (Əliağa) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya layihələri, “Petkim” neft-kimya kompleksi kimi layihələri də vurğulayıb: “Türkiyə bu layihələri dəstəkləyir. Heç kimə vermədiyimiz dəstəyi bu layihələrə veririk. Bunlar da iki ölkənin iqtisadi sahədə bərabər irəliləməsinə təkan verir”.
O qeyd edib ki, iki ölkə arasında sərbəst ticarətin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılır.
Nazir Naxçıvan Muxtar Respublikası ilə əlaqələrdən də danışaraq vurğulayıb ki, Türkiyə Naxçıvana xüsusi imtiyazlar verib. O qeyd edib ki, Naxçıvanda istehsal olunan bütün məhsullar sərhəddən rahat şəkildə keçə bilər: “Türk lirəsi Naxçıvan və Türkiyə arasında ticarətdə istifadə oluna bilər. İmtiyazlardan sonra Naxçıvanda istehsal edilən məhsullar daha dəyərli olacaq”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























