Bu işlər üzrə verilmiş şikayətlərə baxılmayacaq
“01 yanvar 2018-ci il tarixdən qanunvericiliyə edilmiş dəyişikliklərin kredit təşkilatlarına, sığortaçılara və digər hüquqi şəxslərə təsiri”
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69-cu maddəsinə edilmiş yeni dəyişikliklərin və Məcəlləyə əlavə edilmiş 404-1-ci maddənin 01.01.2018-ci il tarixdən etibarən qüvvəyə minməsi ilə kredit təşkilatları, sığorta şirkətləri və digər hüquqi şəxsləri məhkəmədə təmsil edən şəxslərin dairəsində ciddi dəyişikliklər edilməyə başlandı.
Məlum olduğu kimi aparılan hüquqi islahatların, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin və nümayəndəlik və ya vəkillik fəaliyyətinin daha da modern tələblərə cavab verməsi məqsədilə verilən mütərəqqi qərarların nəticəsində bir sıra normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilmişdir.
Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi və İnzibati Prosessual Məcəllələrində edilmiş yeni dəyişiklikləri diqqətinizə çatdırırıq.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Əvvəlki redaksiyada:
Maddə 69.2. Hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar.
Yeni redaksiyada
Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
Əvvəlki redaksiyada
Maddə 26.2. Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların nümayəndələri və ya dövlət, bələdiyyə və ya hüquqi şəxs tərəfindən xüsusi səlahiyyət verilmiş şəxslər həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş nümayəndəsi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər.
Yeni redaksiyada
Maddə 26.2. Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər.
Göründüyü kimi qanunvericiliyə edilmiş yeni əlavə və dəyişikliklərin nəticəsində hüquqi şəxsləri və dövlət orqanlarını artıq ayrı-ayrı hüquqi və ya fiziki şəxslər deyil, öz işçiləri təmsil edəcək. Bu isə həm bu qurumların daha peşəkar kadrlarla məhkəmədə təmsil edilməsinə, həm də daha təcrübəli hüquqşünasların formalaşmasına, həm də ki hüquqi şəxslərin peşəkar hüquqşünasları işə cəlb etməkdə maraqlı olmasına şərait yaradacaqdır.
Yeni əlavə və dəyişikliklərin 01 yanvar 2018-ci il tarixdən qüvvəyə minməsi ilə bankların və digər kredit təşkilatlarının, həmçinin sığorta şirkətləri və digər hüquqi şəxslərin kollektor agentlikləri ilə olan müqavilələri üzrə məhkəmədə təmsil etmə səlahiyyətlərinə xitam verilmiş oldu.
Bununla yanaşı qanunvericiliyə edilmiş yeni düzəlişlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına göndəriləcək işlərin sayında da azalma müşahidə olunacaqdır.
Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş 404-1-ci maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Bu isə o deməkdir ki, artıq müvafiq apellyasiya məhkəməsi tərəfindən iddia tələbi 2000 AZN-dən az olan mülki, 10000 AZN-dən az olan iqtisadi mübahisələr üzrə qəbul edilmiş qətnamələr sonuncu məhkəmə aktı hesab olunacaq və bu işlər üzrə verilmiş şikayətlərə baxılmayacaqdır.
Müəllif: Hüquqşünas, Şəhriyar Həbilov
Müəllifin digər yazılarını həmçinin aşağıdakı link-dən izləyə bilərsiniz.
https://shahsehriyar.blogspot.com/
Müəllif: Hüquqşünas, Şəhriyar Həbilov
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
20 d. əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
35 d. əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
-
- 36 d. əvvəl
-
42 d. əvvəl
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
-
43 d. əvvəl
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb
-
1 saat əvvəl
Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb - 120 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT AÇIQLADI
-
2 saat əvvəl
Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi?
-
3 saat əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb - 120 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT AÇIQLADI
Ən çox oxunanlar
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək




.jpg)










.jpg)




