Azərbaycan İspaniyadan ən çox istixana sistemləri alan ikinci ölkədir
Avropada istixana sistemləri ilə məşhur olan İspaniyanın Mursiya vilayəti hazırda Almaniyada keçirilən “Fruit Logistica” yarmarkasında ilk dəfə iştirak edir.
Berlində keçirilən və meyvə-tərəvəz sahəsində ən vacib tədbirlərdən sayılan yarmarkada Mursiyanın texnoloji guşəsi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Vilayətin nümayəndəsi Xuan Ernandes son illər aqrar sənayedə ciddi irəliləyişin əldə olunduğunu qeyd edib. Vurğulanıb ki, bu artım daha məhsuldar torpaq və suvarma sistemləri hesabına yüksələn ixrac, habelə suvarma və istixana sistemlərinin satışı nəticəsində əldə olunub.
Keçən ilin yanvar ayından noyabradək bu vilayət irriqasiya ixracatından 78,84 milyon avro gəlir əldə edib. İstixana texnikasının idxalında birinci yeri Misir (26,39 milyon avro), ikinci yeri Azərbaycan (6,73 milyon avro) tutub. Üçüncü yerdə isə Meksika qərarlaşıb.
© Azərtac
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























