Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Bakıda çıxış edəcək
Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti İhsan Uğur Delikanlı 17-18 aprel tarixlərində Bakıda baş tutacaq regional “Rəqəmsal bankçılıq və təhlükəsizlik” mövzulu Beynəlxalq Bankçılıq Sərgi-Konfransında spiker kimi çıxış edəcək.
İhsan Uğur Delikanlı 16 iyul 2014-cü ildən bəri Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti vəzifəsini icra edir. İhsan Delikanlı maliyə sektorunda professional kariyerasına 1992-ci ildə Türkiyə Cumhuriyyəti Xəzinə Agentliyində başlayıb. 2005-ci ildə Türkiyə Bankların Tənzimlənməsi və Nəzarət Agentliyinin Tənzimləmələr Departamentinin rəhbər şəxsi, 2009-cu ildə isə həmin qurumun vitse-prezidenti vəzifəsinə təyin edilib. 2012-ci ildən özəl sektora addım atan İhsan Uğur Delikanlı, Türkiyə investisiya banklarının birində icraçı vitse-prezident vəzifəsini icra etməyə başlamışdır. Maliyə menecmenti üzrə magistraturə təhsilini Böyük Britaniyanın Exeter universitetində tamamlamış, doktorantura təhsilini isə maliyə və mühasibatlıq sahəsi üzrə almışdır. 2009-2012-ci illər arasında Bazel Bankçılıq Nəzarət Komitəsində Türkiyəni təmsil etmişdir. Bankçılıq və maliyə sahəsində bir sıra məqalələrin müəllifidir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB), Qara Dəniz regionunun 11 ölkəsi tərəfindən yaradılmış beynəlxalq maliyyə təşkilatıdır. Bankın məqsədi, onun səhmdarları olan ölkələrin inkişaf etdirilməsindən və onlar arasında əməkdaşlığın sürətləndirilməsindən ibarətdir. 3 milyard Аvro həcmində nizamnamə kapitalına malik olan bu bank, ticarət və layihə maliyyələşməsini təmin edir, üzv ölkələrdəki dövlət və özəl müəssisələrin inkişafını və regional əməkdaşlığı təşviq etmək həmçinin, güclü iqtisadi əlaqələr yaratmaq üçün zəmanət verir.
Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, "Unionpay", "AliPAY"(ALİBABA), "VİSA", "Mastercard" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.
Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.
Tədbir haqqında daha ətraflı məlumatı keçid vasitəsi ilə əldə edə bilərsiz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























