“Meqa Sığorta”nın daha bir səhmdarı “Rabitəbank”dan pay alıb
Bakı Fond Birjasında “Rabitəbank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 2 insayder əqdi bağlanılıb.
Əqdlərdən biri Bankın hər birinin nominal dəyəri 20,29 manat olan 554 814 ədəd səhminin (11 milyon 257 min 176,06 manatlıq) əldə edilməsini nəzərdə tutur.
Qiymətli kağızları “Azfinance” investisiya şirkətinin vasitəçiliyi ilə Rauf Zeynal oğlu Əliyev əldə edib. Bununla da, onun “Rabitəbank”dakı səhmlərinin sayı 982 266-ya, Bankın nizamnamə kapitalındakı payı isə 22,52%-ə çatıb.
Xatırladaq ki, R.Zeynalov həm də “Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarıdır. Adı çəkilən sığorta şirkətinin 15%-lik səhmdarı və Direktorlar Şurasının sədri Yaşar Feyzi oğlu Qurbanov da “Rabitəbank”ın səhmdarları sırasındadır.
2-ci insayder əqdi də Bankın 554 814 ədəd səhminin əldə olunması ilə bağlıdır. Həmin səhmləri də “Azfinance” investisiya şirkətinin vasitəçiliyi ilə Validə Maarif qızı Abasova əldə edib. Bununla da, onun “Rabitəbank”dakı səhmlərinin sayı 969 181-ə, Bankın nizamnamə kapitalındakı payı isə 22,22%-ə çatıb.
Xatırladaq ki, Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 88,5 milyon manatdır. Bankın digər səhmdarları Zakir Əlibala oğlu Nuriyev (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyev, Seyran Əlibala oğlu Nuriyev (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyevadır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















.jpg)

