Daha bir bank zərərdən çıxa bilmədiyini açıqladı
“Muğan Bank” 2017-ci ili 6 milyon 341 min manat xalis zərərlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, 2016-cı illə müqayisədə 54,7% azdır. Belə ki, "Muğan Bank" 2016-cı ili 14 milyon manat zərər ilə bağlamışdı.
Ötən il “Muğan Bank”ın faiz gəlirləri 42 milyon 812 min manat, faiz xərcləri 16 milyon 193 min manat, qeyri-faiz gəlirləri 10 milyon 897 min manat, qeyri-faiz xərcləri 24 milyon 844 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 19 milyon 13 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Muğan Bank”ın aktivləri 480 milyon 177 min manat olub ki, bu da illik müqayisədə 2% çoxdur. Bunun 349 milyon 71 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 0,9% böyüyüb.
Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 0,9% artaraq 411,16 milyon manat olub. Bunun 201 milyon 754 min manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 5% böyüyüb.
İl ərzində “Muğan Bank”ın balans kapitalı 9,1% artaraq 69 milyon 17 milyon manata, nizamnamə kapitalı isə 13,3% artaraq 85 milyon manata çatıb.
“Muğan Bank” ötən ilin sonunda 80 milyon 237 min manat məcmu kapitala malik olub.



© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)





