"Expressbank" son 3 ilin ən yüksək mənfəətini açıqladı
"Expressbank" ASC 2017-ci ili 2 milyon 26 min manat xalis mənfəətlə başa vurduğunu açıqlayıb.
"2017-ci il üzrə təxminən 2 milyon manat xalis mənfəət 2016-cı ilin göstəricisini 5 dəfə üstələməklə yanaşı, son 3 ilin ən yüksək mənfəət göstəricisidir",- Bankın məlumatında deyilir.
"Marja" Bankın maliyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ildə "Expressbank"ın cəmi gəlirləri 38 milyon 719 min manat, o cümlədən faiz gəlirləri 25 milyon 869 min manat, qeyri-faiz gəlirləri 12 milyon 850 min manat təşkil edib.
2016-cı ildə Bankın cəmi gəlirləri 47 milyon 654 min manat, o cümlədən faiz gəlirləri 36 milyon 957 min manat, qeyri-faiz gəlirləri 10 milyon 697 min manat təşkil etmiş, ili 439 min manat xalis mənfəətlə bağlamışdı. Bank 2015-ci ildə 653 min manat xalis mənfəət əldə etmişdi.
İllik müqayisədə "Expressbank"ın əməliyyat mənfəəti 13 milyon 879 min manatdan 8 milyon 903 min manata düşüb.
"Expressbank", 2016-cı ildə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 13 milyon 440 min manat ayırarkən, 2017-ci ildə 479 min manat ayırıb.
31 Dekabr 2017-ci il tarixinə "Expressbank"ın aktivləri 314 milyon 339 min manat olub ki, bu da illik müqayisədə 9,6% çoxdur. Bunun 167 milyon 608 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 13,8% kiçilib.
Hesabat dövründə "Express Bank"ın öhdəlikləri 17,4% artaraq 170 milyon 23 min manat olub. Bunun 144 milyon 933 min manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 56,4% böyüyüb.
Ötən ilin sonunda "ExpressBank" 144 milyon 317 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






