Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazası gücləndirilir
Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək, qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə bu sərəncamın 1, 2 və 3 nömrəli əlavələrində qeyd edilən laboratoriyalardan, o cümlədən onların yerləşdiyi inzibati binalardan və maddi-texniki bazalarından ibarət dövlət əmlakı, müvafiq olaraq, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Səhiyyə Nazirliyinin balansından Qida Təhlükəsizliyi Agentliyinin balansına verilsin.
Nazirlər Kabinetinə tapşırılır ki, iki ay müddətində Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu sərəncamda nəzərdə tutulan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin; bu sərəncamın 2 nömrəli Əlavəsində qeyd edilən tikilməkdə olan laboratoriyalar üçün nəzərdə tutulmuş vəsaitin Agentliyə ayrılmasını təmin etsin; Agentliklə birlikdə bu sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı İqtisadiyyat Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən və Səhiyyə Nazirliyindən Agentliyə keçəcək ştat sayının və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün zəruri tədbirlər görsün; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Bu sərəncamın 1-ci hissəsinin icrası başa çatana qədər İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyi həmin laboratoriyalardan istifadə ilə bağlı qanunvericilikdə müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsini davam etdirəcəklər.
Agentlik bu sərəncamın 1-ci hissəsinin icrası başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Səhiyyə Nazirliyinin əsasnamələri ilə müəyyən olunmuş vəzifələrinin icrası ilə bağlı həmin dövlət orqanlarının müvafiq laboratoriyalardan ödənişsiz istifadə etməsini təmin etməli; bu sərəncamın 2 nömrəli Əlavəsində qeyd edilən tikilməkdə olan laboratoriyaların tikintisinin başa çatdırılmasını və fəaliyyətinin təşkilini təmin etməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 10 saat əvvəl
-
-
10 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
11 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 11 saat əvvəl
-
12 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
-
12 saat əvvəl
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
-
12 saat əvvəl
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
Ən çox oxunanlar
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Fevralın 13-də gözlənilən hava şəraiti
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq























