"Belə ucuz gedişlər onların özlərini ifşa edib"
Vəkillik fəaliyyəti bir illik dayandırılan Fəxrəddin Mehdiyev mətbuata açıqlamasında Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyevi bir müddət əvvəl məhkəmə prosesinin gedişi zamanı müdafiə etdiyi Cahangir Haciyevi ölkədən 10 mld. manat pul çıxarmaqda ittiham edən açıqlama yaymaqda günahlandırıb.
Bu fikirlərə münasibət bildirməsi üçün Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyevə müraciət edilib. M.Piriyev bildirib ki, ümumiyyətlə əvvəldən Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbərinin müdafiəsini həyata keçirən vəkillər müdafiə etdikləri şəxsin hüquqlarını hüquq müstəvisində, məhkəmə proseslərində qorumalı olduqları halda mətbuat səhifələrində həmin işlər üzrə həqiqəti əks etdirməyən məlumatlar yaymaqla məşğul olublar. Vəkillərin bu əməlləri hələ də davam etdirdiyini deyən M.Piriyev qeyd edib ki, belə ucuz və uğursuz gedişlər nəticə etibarı ilə məhz onların özlərini ifşa edib.
Bunları əsas gətirən Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, məhz hüquq müstəvisində fəaliyyət göstərmədiklərinə və həqiqətləri əks etdirməyən məlumatlar yaymaqla intizam xətasına yol verdiklərinə görə bu günlərdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin idarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcovun cəzalandırılıb.
“Vəkil F.Mehdiyevin son açıqlaması da əvvəlkilər kimi yalan üzərində qurulub və ictimaiyyəti çaşdırmağa yönəlib. Qeyd olunan işlə bağlı mənim açıqlamam 02 Sentyabr 2016 il tarixində APA-da dərc olunub. Və istənilən şəxs internetə daxil olaraq həmin açıqlama və orada səslənən rəqəmlərlə tanış ola bilər”, - deyə M.Piriyev əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























