Yeni dövlət şirkətinə pambıqçı mütəxəssislər tələb olunur
“Azərbaycan Sənaye Korporasiyası” ASC Pambıqçılığın müxtəlif sahələri üzrə tələb olunan yerlərə müsabiqə elan edir Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli 1665 nömrəli fərmanı ilə səhmləri dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və 14 dekabr 2017-ci il ildən fəaliyyətə başlamışdır.
Cəmiyyətin fəaliyyətinin məqsədlərindən biri tabeliyindəki müəssisələrin səmərəliliyini artırmaq, əlverişli kooperasiya əlaqələrini yaratmaq və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə müvafiq sahədə malların (işlərin və xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.
"Marja" xəbər verir ki, “ASK” ASC ölkədə pambıqçılığı inkişaf etdirmək, pambıq istehsalı ilə emalı arasında münasibətləri bazar iqtisadiyyatına uyğun tənzimləmək, pambıq və pambıq məhsullarının rəqabət qabiliyyətini yüksəltmək, pambıqçılığın yüngül və yeyinti sənayesinə inteqrasiyasına hüquqi və iqtisadi zəmin yaratmaq məqsədilə pambıqçılığın müxtəlif sahələri üzrə mütəxəssislərin vakansiyasını elan edir.
Tələb olunan şərtlər:
-Ali təhsil
-İş təcrübəsi – ən azı 5 il
-Dil bilikləri- Azərbaycan dili (əla), rus və ingilis dillərini bilənlərə üstünlük verilir.
-Qeyd olunan sahə üzrə elmi biliklərin artırılması daim lazımdır.
Əsas vəzifə öhdəlikləri:
-pambıq və pambıq məhsullarının istehsalına, emalına və dövriyyəsinə dair texniki normativlər qəbul etmək;
-pambıq məhsullarının yetişdirilməsi sahəsində qabaqcıl dünya praktikası və Azərbaycan Respublikasının əvvəlki təcrübələrinin təhlili və tətbiqi bacarıqları;
-pambıq məhsullarının yetişdirilməsi istiqamətində pambıq və pambıq məhsulları bazarını öyrənmək, proqnozplanlaşdırılması və səmərəli təkliflərin verilməsi;
-əkin sahələrinin və toxum nümunələrinin (yerli iqlimə uyğun və məhsuldarlığı ilə seçilənlər olmalıdır) seçilməsi, torpaq sahəsinin əkinə hazır olması vaxtı, əkinin aparılması qaydaları, istifadə olunan texnoloji proseslərə və texnikalara dair biliklərə malik olmaq;
-pambıq və pambıq məhsullarını keyfiyyət və qruplara ayırmaq bacarıqları;
-qanunvericiliyə uyğun olaraq toxumluq pambıq istehsalına, emalına və toxumun dövriyyəsinə nəzarət etmək; İş şəraiti: İş qrafiki: l-V günlər. İstirahət günləri: şənbə və bazar günləri.
Müraciət üçün: Telefon: (+994012) 5059512 CV (resume) – lər [email protected] ünvanına göndərilməlidir. Email göndərərkən mövzu (Subject) hissəsində müraciət olunan vakansiya mütləq qeyd edilməlidir. Əks halda ərizə natamam kimi qimətləndiriləcək və ona baxılmayacaqdır. Zəhmət olmasa qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər. Sənədlərin son qəbul tarixi: 19 fevral 2018-ci il.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























