Palmali Group: SOCAR ilə ortaqlığımızı sübut edən rəsmi sənədlər var
SOCAR-la “Palmali Group” arasında bir-birinə yönəlik açıqlamalar son günlər ölkə mediasının əsas müzakirə mövzusuna çevrilib.
Bu gün SOCAR yenidən açıqlama yayaraq, “Palmali Group”la hər hansı ortaqlıq olmadığını, birgə əməkdaşlıq zamanı bu şirkətin ona külli miqdarda borcu qaldığını bəyan edib.
“Palmali Group”dan isə SOCAR-ın bu açıqlamasına cavab gecikməyib.
“Palmali Group”dan bildirilib ki, iki şirkət arasında ortaqlıq olub və bu danılmazdır: “Ortaqlığımızı sübut edən rəsmi sənədlər var. Həmin sənədlərdə SOCAR rəhbərliyinin və rəhbərliyə daxil olan şəxslərin yaxınlarının imzaları var”.
“Palmali Group” onu da bəyan edir ki, SOCAR-ın bu quruma külli miqdarda borcu var: “Ortada bir borc məsələsi var və bu da SOCAR-ın bizə olan borcudur”.
SOCAR: TƏRƏFLƏR ARASINDA HEÇ BİR ZAMAN BİRGƏ MÜƏSSİSƏ OLMAYIB
Xəbər verdiyimiz kimi, bu gün səhər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son günlərdə mediada yayımlanan məlumatlara aydınlıq gətirib.
Şirkətdən verilən məlumata görə, SOCAR və Palmali Qrup arasında əvvəllər mövcud olmuş Daşıma Xidmətləri Müqavilələrinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib:
"Tərəflər arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmamışdır. SOCAR hazırda özünə məxsus malların daşınmasını özünə aid resurslar vasitəsilə həyata keçirir. Son günlərdə mətbuatda qeyd olunan 14 gəmi isə SOCAR tərəfindən satın alınmışdır. Bu gəmilər əvvəllər Palmali Qrupuna məxsus olmuş, lakin sonradan tərəflər arasında bərabər şəraitdə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı müqaviləsinə əsasən SOCAR-a satılmışdır".
"PALMALİNİN SOCAR-A BORCU VAR"
Şirkətdən bildirilib ki, müxtəlif mətbuat orqanlarında bu gəmilərin SOCAR tərəfindən müsadirəsi xəbəri isə həqiqətə uyğun deyil:
"Palmali Qrupunun hazırda SOCAR-a külli miqdarda borcu vardır. Bu borc tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətlərindən əmələ gəlmiş və bu hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini məqsədəuyğun hesab etmirik”.
MÜBARİZ MƏNSİMOV NƏ DEMİŞDİ?
"Bizim SOCAR-la ortaq şirkətimiz var idi, burada pay nisbəti 35/65 idi. İki il öncə həmin şirkətdən ayrılma qərarı aldıq. İki tərəfli anlaşma əldə olundu, həmin şirkətdən ayrıldığıma görə 14 tankeri SOCAR-a buraxdım. Ayrılma qərarını özüm aldım. Burda kimin haqlı olub-olmaması ilə bağlı müzakirə açmaq istəmirəm. Məhkəmə yolu açıqdır, istənilən zaman hər iki tərəf məhkəməyə müraciət edə bilər. Yazırlar ki, “Palmali” batır. Hə yoxdur “Palmali” rahatlasınlar. Nə istəyirlər? Birincisi, şirkətin batmağını həyatda görə bilməzlər. İkincisi, niyə mənim vətənimdən haqqımda düzgünolmayan informasiyalar yayırlar. Belə sifarişli yazılarla vicdanları sızlamır? Nə etmək istəyirlər mənim başım çıxmır", - ötən gün Mübariz Mənsimov bildirmişdi. Daha ətraflı: http://marja.az/news/19189
© Gununsesi, Report, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)


