4 mindən artıq texnika güzəştli şərtlərlə lizinqə verilib
“Aqrolizinq” ASC 2016-cı ildə 4,062 min ədəd kənd təsərrüfatı texnikasını güzəştli şərtlərlə lizinqə verib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Hesabat ilində 1,5 min sahibkar lizinq yolu ilə kənd təsərrüfatı texnikası əldə edib.
"Ötən il sahibkarlara lizinq yolu ilə 67 ədəd taxılyığan kombayn, 75 ədəd pambıqyığan kombayn, 1,129 min ədəd traktor, 3 ədəd ekskavator və digər kənd təsərrüfatı texnikası verilib", - deyə məlumatda bildirilir.
“Aqrolizinq” 2005-ci ildən 2017-ci il yanvarın 1-dək sahibkarlara 22,152 min ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 790 ədəd taxılyığan kombayn, 7,434 min ədəd traktor, 133 ədəd ekskavator və 13,72 min ədəd digər texnika verib.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
20 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
23 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























