Qiymətlərin artırılmasından "Kristal Abşeron" da zərər çəkib
"Kristal Abşeron" şirkətinin məlumatı:
Bir müddətdir ki, "Kristal Abşeron" şirkəti tərəfindən tikilən binalarda yaşayan sakinlər isti suyun və istilik sisteminin qiymətlərinin qaldırılmasından narazılıq edir. Şirkət isə Tarif Şurasının enerji daşıyıcılarının qiymətinin artırılmasından sonra qiymət artımının edilməsinə məcbur qaldıqlarını qeyd edirlər.
Narahatçılığın səbəbi
Məlumdur ki, ötən il noyabr ayında Tarif Şurası tərəfindən təbii qazın və işığın qiyməti qaldırılıb. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.Lakin MTK qazanxanları qeyri - əhali seqmentinə aid olduğu üçün onlara heç bir limit tətbiq edilmir , yəni kubmetr qiyməti 20 qəpikdən hesablanır.
İşığın qiymətləri isə 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.
O cümlədən,"Azərsu" ASC-nin müraciəti ötən ilin may ayında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr müəyyən edilib.
Kristal Abşeronun problemi həll etməyə çalışması
Göründüyü kimi, Tarif Şurasının sözügedən qərarlarından sonra Kristal Abşeron şirkəti də kommunal xərclər üzrə qiymətlərə yenidən baxmalı olub. Bu zaman şirkət ötən il istilik sistemi üçün qiymətləri 40 qəpikdən 70 qəpiyə qaldırıb. Bu il isə artan xərclərlə əlaqədar olaraqyenidən qiymət 80 qəpiyə qaldırılıb.İsti suyun bir kubmetri isə sakinlərə ötən il 2 manat 30 qəpiyə, bu il isə 3.50 qəpiyə təklif olunub.Sakinlər də mənzillərinin kvadratına əsasən qiymətlərin artmasına görə MTK-ya xeyli pul ödəməli olurlar.
"Kristal Abşeron" şirkəti bu məqamda sakinlərəenerji daşıyıcıların əhali seqmentinə limit verilməsini nəzərə alaraq aylıq xərclərinin azalması üçün şəxsi kombi sistemini çəkdirməyi təklif edir. Hazırda mənzilində kombi sistemini çəkdirmiş sakinlər də xərclərinin xeyli azaldığını vurğulayırlar.
Sakinlər arasında sorğu
Apardığım araşdırmanın nəticəsi olaraq qeyd etmək istəyirik ki, "Kristal Abşeron"ın bir neçə ərazidə inşa etdiyi mənzillərdə yaşayan sakinlər fərdi kombi sisteminin daha sərfəli olduğunu vurğulayır.Araşdırma nəticəsində məlum oldu ki, kombi sisteminin sakinlərə aylıq isitmə xərclərinə 2-3 dəfə qənaət etməsinin əsas səbəblərindən biri də Kristal Abşeron inşa etdiyi binaların təbii daş yunundan hazırlanan xüsusi izolyasiya materialı ilə üzlənməsidir. Avropa təcrübəsi göstərir ki, izolyasiya edilmiş binalarda yaşayan insanlar, mənzildaxili temperaturun stabil olduğuna görə daha sağlam olurlar və enerji xərclərinə qənaet edirlər.
- Belə ki, Günəşli filialı, 9-cu binada yaşayan R.Qarayev bildirib ki,əvvəllər qazın və enerjinin qiyməti qalxmadan qabaq şirkətin mərkəzi istilik sistemindən istifadə etmək sərf edib: “ Qiymətlər qalxandan sonra isə kombi işlətmək sərf edir. Evim 39.4 kv metrdir. Aya isti su ilə birgə əvvəl 30 manat ödəyirdim. İndi isə maksimum 15-20 manat ödəyirəm. 6 aydır ki, şəxsi kombi çəkdirmişəm.”
Sumqayıt filialı, 2-ci binada yaşayan N. Ağayevanın sözlərinə görə, iyul ayında şəxsi kombi çəkdirib: “Evim 48 kv.metrdir. Kombi çəkdirənə kimi aylıq 15 manat mərkəzi istiliyə pul ödəyirdik. Ancaq qiymətlər qalxandan sonra kombi çəkdirdik. İndi xərcimiz əvvəlkindən bir qədər az çıxır. Kombini şirkətdən hissəli ödənişlə götürmüşdük. Quraşdırılma və material xərclərini isə şirkət ödəyib”.
Günəşli filialı, 9-cu binada V. Əliyev qeyd edib ki, əvvəl 50 manat istixana üçün pul ödəyib: “. İndi isə ortalama xərcimiz maksimum 20 manatdır. Bir neçə ildən sonra vəziyyətin necə olacağını bilmirik. 7-8 ay olar ki, kombi çəkdirmişik. Kombini şirkətdən bazardan 300manat ucuz qiymətə aldıq. Mənzilim 70 kv.metrdir”.
Əcəmi filialı bina 115-də R. Sayadov xatırladıb ki, əvvəl qiymət qalxmamışdan qabaq 70 manata yaxın xərci çıxıb: “Qiymət qalxandan sonra xərc 100 manata qalxdı. Bu tək mənə yox, heç kimə də sərf etmir. İndi isə bir ay üçün 28 manat ödəyirəm. Evim 127 kv. metrdir”.
Sumqayıt filialı bina 1-də yaşayan İ.Əsədov vurğulayıb ki, mərkəzi istilik sistemi olan zaman şirkətə 32 manat pul ödəyib: “İndi isə 10 manat xərcim çıxır. Mənzilim 45.5 kv.metrdir. 4 aydır ki, bu sistemdən istifadə edirik”.
Sumqayıt filialı bina 1-də yaşayan F. Orduxanov hər şeydən razı qaldığını diqqətə çatdırıb: “Əvvəl 80manata qədər xərcim çıxırdı. İndi dəfələrlə az xərcim çıxır. Onu bilirəm ki, şəxsi kombi çəkdirmək daha yaxşıdır. Evim 70 kv. Metrdir. Bu sistem bizə sərf edir”.
Xülasə
Kristal Abşeron kompleksləri inşa edilərkən sakinlərin sağlamlığı və sərfiyyatı düşünülərək külli miqdarda vəsait xərclənərək istixanalar tikilmişdir və bu istixanalar 4 il fəaliyyət göstərmişdir.Tarif şurasının qərarından sonra isə sakinləri də nəzərə alaraq istilik xərclərini əhaliya uyğun tənzimlənməsi üçün müraciət olunmuşdur. Bundan əlavə istixanaların tərkibinə keçirməsi üçün 'Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətinə' müraciət olunmuşdur.
Narahatçılığı aradan qaldırmağa çalışsa da, şirkətin müraciətlərinə müsbət cavab alına bilinməmişdir. Üstəlik su və işiq üçün təyin olunan tariflərin qalxması da sakinləri daha çətin vəziyyətə gətirib çıxartmışdır. Bunları nəzərə alaraq Kristal Abşeron bu günə qədər kombi sisteminin çəkilmə və material xərclərini öz üzərinə götürmüşdür, nağd və hissəli ödənişlə kombi sahibi olmaq imkanını yaratmışdır.
Kristal Abşeron olaraq yaranan vəziyyətdən zərərsiz deyil, əksinə MTK üçün maddi zərər olmasından başqa sakinlərin narahatçılığı və şirkətimizin imicinə zərər olaraq nəticələnmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 d. əvvəl
-
51 d. əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
3 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb






.jpg)






.jpg)





