Azərbaycanda elektrik enerjisinin istehsalı azalıb
Azərbaycanda 2017-ci ildə 21,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun 20,2 mlrd. kVt/saatı istilik elektrik stansiyaları, 1,6 mlrd.kVt/saatı isə su elektrik stansiyalarının payına düşüb.
Bunu “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.
Ötən il istehsal edilən elektrik enerjisinin həcmi 2016-cı ilə nisbətən 0,9 mlrd. kVt/saat yaxud 3,97% azdır.
Y.Babanlının sözlərinə görə, təmsil etdiyi qurum tərəfindən ötən il ərzində istehlakçılar tələbatlarına uyğun olaraq elektrik enerjisi ilə təmin edilib.
“Azərenerji” sözçüsü su elektrik stansiyalarının göstəricilərinin zəif olması məsələsinə də aydınlıq gətirib: “Azərenerji”nin infrastruktur imkanları yüksək olsa da, su elektrik stansiyalarında istehsal göstəricilərinin aşağı olması cari ildə ölkədə yağıntının miqdarının az olması ilə əlaqədardır".
Y.Babanlı “Azərenerji” tərəfindən Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində elektrik enerjisinin texnoloji proseslərə uyğunluğunun təmin olunması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işlərin davam etdirildiyini də açıqlayıb.
Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji Yol Xəritələrinin icra göstəriciləri ilə bağlı açıqladığı statistikaya görə, ilk 6 ay ərzində 75%-lik göstərici ilə “Azərenerji” dövlət qurumları arasında liderlik edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)




