"Hindistanın əczaçılıq şirkətləri Azərbaycanda qeydiyyatdan keçmək üçün müraciət edib"
"Azərbaycan və Hindistan arasında əməkdaşlıq müxtəlif sahələrdə yüksək inkişaf edir".
Bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib.
Hindistanın neft-qaz sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu söyləyən səfir bildirib ki, Hindistan qeyri-neft sektorunda, məsələn, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Azərbaycan və Hindistan arasında əczaçılıq sahəsində əməkdaşlığa toxunan S. Rana qeyd edib ki, Azərbaycanda dərmanların qiymətləri tənzimləndikdən sonra Hindistanın bir çox əczaçılıq şirkətləri burada qeydiyyatdan keçmək üçün müraciət edib: "Əczaçılıq bizim əməkdaşlığın əsas prioritetlərindən biridir. Hindistanın əczaçılıq sənayesi daha uyğun qiymətə keyfiyyətli dərman istehsal edən sənayedir. Bizim əczaçılıq məhsullarımız Amerika və Avropa standartlarına cavab verir. Hindistanın əczaçılıq şirkətləri bu sahədə birgə müəssisələrin yaradılmasına böyük maraq göstərirlər. Həmin şirkətlərin qeydiyyatı başa çatdıqdan sonra Azərbaycanda da yüksək keyfiyyətli dərmanlar görə biləcəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























