Azərbaycan Çindən sonra ikinci yerdədir
Azərbaycanda evlənmək istəyən hər 8 kişidən biri qız çatışmazlığı problemi ilə üzləşə bilər
Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər.
Bunu BMT Əhali Fondunun dəvət edilmiş eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyada uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malikdir:
“Çində cins nisbətinin pozulması prosesi Azərbaycanla müqayisədə daha tez başlayıb. Burada 1980-ci illərin sonundan doğulan oğlan uşaqlarının sayı çoxalmağa başladı. Nisbətin pozulmasının “pik dövrü” 13 il davam etdi. Son vaxtlara qədər Çində hər 100 oğlana 120 qız düşürdü. Lakin indi artıq oğlanların sayı azalmağa başlayıb və bu göstərici 116-ya enib. Cins nisbətinin pozulduğu illərdə doğulan oğlanlar ailə həyatı qurduqda onlar üçün kifayət qədər qız çatışmazlığı problemi yaranacaq. Hesablamalar göstərir ki, Çində cins nisbətinin pozulması 2030-cu ilə qədər davam edərsə, hər 5 kişidən 1-i üçün qadın tapılmayacaq. Nəticədə də oğlanlar məcbur olacaqlar ki, xarici qızlarla ailə həyatı qursunlar”.
M.Das Gupta əlavə edib ki, Azərbaycanda cins nisbətinin pozulması prosesi Çinlə müqayisədə daha gec başlayıb.
O qeyd edib ki, Azərbaycanda 1990-cı ildən sonra doğulan oğlan uşaqlarının sayı çox sürətlə artmağa başlayıb. Ölkədə cins nisbətinin pozulmasına görə ən pik vəziyyət 2001-2002-ci illərdə olub:
“Lakin Çinlə müqayisədə Azərbaycanda problemin “pik dövrü” çox qısa olub. İndi Azərbaycanda doğulan oğlan uşaqlarının sayı azalır, amma bu göstərici çox asta-asta düşür. Tövsiyə olunur ki, həmin sayı daha sürətlə aşağı salasınız”.
M.Das Gupta bildirib ki, hazırda Azərbaycanda hər 100 qıza təxminən 114 oğlan uşağı düşür: “Əgər müvafiq tədbirlər görülməsə, mövcud rəqəmlər olduğu həddə qalacaq, bu nisbət bəlkə daha da arta bilər”.
M.Das Gupta əlavə edib ki, Azərbaycanda kişilərin rastlaşacağı problem Çindəki kimi olmaya bilər:
“Çin çox böyük dövlətdir. Çinin elə kəndləri var ki, orada evlənmək istəyən, amma qız çatışmazlığına görə subay qalan kifayət qədər çox kişi yaşayır. Daha çox Çinin orta hissəsində yaşayan belə kişilər məsafə uzaq olduğundan evlənmək üçün qonşu ölkələrə də gedə bilmirlər. Azərbaycan isə kiçik ölkədir və Türkiyə, İran, Rusiya ilə həmsərhəddir. Həmin ölkələrdə cins nisbəti ilə bağlı problemlər yoxdur. Bu, o deməkdir ki, kifayət qədər çox sayda qadın xaricdən Azərbaycana gələrək burada ailə qura bilər. Amma kişi yalnız öz milliyətindən olan qadınla evlənmək istəyərsə, evlənmə ilə bağlı çətinliklər yarana bilər”.
Qeyd edək ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq, 105-107 təşkil edir, yəni heç bir xarici müdaxilə olmadığı tədqdirdə doğulan hər 100 nəfər qız uşağına 105-107 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir.
BMT Əhali Fondunun müvafiq proqnozlarına görə, əgər doğulan uşaqların cins nisbəti davamlı olaraq, 116 və ya daha artıq olarsa, 2050-ci ilə qədər hər il 12000-15000 daha çox oğlan uşağı doğulacaq.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 d. əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
59 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib






















