Tesla Semi üçün ən böyük sifariş verildi
Tesla-nın istehsal etdiyi elektrikli yük avtomobili Tesla Semi üçün indiyə qədərki ən böyük sifariş verilib.
"Marja" xəbər verir ki, dünyanın ən böyük logistika və yük şirkətlərindən biri olan UPS, 125 ədəd Tesla Semi sifariş edərək, bu ana qədərki ən böyük sifarişi verən şirkət olub.
Tesla Semi elektrikli yük avtomobili üçün keçən həftə Pepsi-dən 100 sifariş alınmışdı.
UPS, propan, təbii qaz və elektrik enerjisi kimi alternativ enerji ilə işləyən ağır vasitə donanmasını genişləndirməyi qarşısına məqsəd qoyub.
Sifarişdə, rəqibi DHL şirkəti UPS-dən geri qalır.
Tesla Semi sifarişi verən şirkətlər arasında Walmart, Pepsi, Anheuser-Busch, DHL, Sysco, Loblaw, Meijer kimi nəhəng qurumlar yer alır.
2019-ci ildə yollarda olacaq Tesla Semi sifariş vermək üçün 20 min dollar depozit qoymaq lazımdır. 480 km sürüş mənzilinə sahib olan variantın qiyməti 150 min dollar ikən, 800 km mənzilə malik versiya 180 min dollardır. Maşın 0-100 km sürətə yüksüz 5 saniyədə çatarkən 36 ton yüklə birlikdə eyni sürətə 20 saniyədə çata bilir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
26 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
2 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib


























