ABŞ-da neft ehtiyatları daha çox azaldı, qiymətlər yüksəldi
Neft qiymətləri, ABŞ-da neft ehtiyatlarının gözlənildiyindən daha çox azalması ilə əlaqədar olaraq yüksəlib.
"Marja" xəbər verir ki, neft Nyu-Yorkda, Çərşənbə axşamı günü 0.6 faiz artdıqdan sonra 0.6 faiz də qalxıb.
Özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da ehtiyatlar ötən həftə 5.2 milyon barrel azalıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların isə ehtiyatların 3.15 milyon barrel düşdüyünü göstərməsi gözlənilir. Əgər rəsmi göstəricilər bu şəkildə çıxarsa, mühüm əhəmiyyətə malik Şimal Dənizi boru xəttinin bağlanmasından sonra onsuz da azalan təklif daha da azalmış olacaqdır.
Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 19 sent yüksələrək 57.75 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 12 sent və ya 0.2 faiz yüksələrək bareli 63.92 dollara qalxıb.
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvləri və aralarında Rusyanın da olduğu tərəfdaşları hasilatlarını 2018-ci ilin sonuna qədər azaltmaq barədə razılaşıblar. Məqsəd neft qiymətlərinin qalxmasına nail olmaqdır.
Goldman Sachs Group Inc.-ə görə, bazar 2018-ci ilin ortalarında yenidən tarazlaşacaq və OPEC müqaviləni gələn ilin ikinci yarısında dayandıracaqdır.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
26 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
2 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




























