Saxta və orijinal “Oksiam – B” göz damcısı - AÇIQLAMA
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) mətbuatda Türkiyənin “Universe Pharma İlaç San. ve Tic. Ltd Şti” şirkətinin istehsalı olan “Oksiam – B” göz damcısına Səhiyyə Nazirliyi Sanitariya-Karantin Müfəttişliyi tərəfindən gigiyenik sertifikatın verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
AEM-in Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən laborator analizi aparılan və saxta olduğu müəyyən edilən “Oksiam – B” göz damcısı həm tərkib, həm də qablaşdırmasında bəzi nüanslara görə Sanitariya-Karantin Müfəttişliyinə gigiyenik sertifikat verilməsi üçün təqdim olunan nümunədən fərqlənir.
“Gigiyenik sertifikat üçün təqdim olunan “Oksiam-B” göz damcısının qablaşdırmasında tərkib hialuron turşusu 0,2% və B12 vitamini 50 mkq göstərildiyi halda, satışda olan və ekspertiza üçün təqdim olunan “Oksiam-B” göz damcısı nümunəsinin qablaşdırması üzərində tərkibində hialuron turşusu 0,2% və B12 vitamini 50 mkq ilə yanaşı, sitikolin 2% olduğu qeyd olunub.
Aparılan laborator analiz nəticəsində isə nümunənin qutusunun üzərində göstərilmiş miqdarla müqayisədə sitikolin təsiredici maddəsinin çox az olması, həcminin 8.6 ml olması (qablaşdırmanın üzərində 10 ml göstərildiyi halda), “pH” göstəricisinin istehsalçının analiz sertifikatında göstərilən yuxarı limitdən çox olması, nümunənin ilkin qablaşdırmasında olan məhlulun istehsalçının analiz sertifikatında göstərdiyi kimi xarici görünüşünün rəngsiz deyil, açıq çəhrayı rəngdə olması aşkarlanıb.
Sertifikatla təmin olunan tibb vasitəsinin qablaşdırması və saxta vasitənin qablaşdırması arasında fərqlərə gəldikdə isə, bildiririk ki, sertifikat üçün təqdim olunan nümunənin üzərində həcmin 10 ml olması göstərilib, lakin satışda olan nümunənin qablaşdırması üzərində həcm göstərilən hissə boş saxlanılıb. Həmçinin sertifikatla təmin olunan nümunənin qablaşdırmasında rənglər solğun və yazılar qabarıq olmadığı halda, əksinə, saxta nümunənin qablaşdırması üzərində rənglər parlaq, yazılar isə qabarıq formadadır. Bundan əlavə saxta nümunənin qablaşdırması içərisində istehsalçı şirkətin əmtəə nişanı göstərilib. Bununla da, Səhiyyə Nazirliyi Sanitariya-Karantin Müfəttişliyinə gigiyenik sertifikat üçün təqdim olunan və müvafiq sertifikatla təmin edilən “Oksiam – B” göz damcısının satışda olan “Oksiam – B” göz damcısından fərqləndiyi və satışda olan vasitələrin saxta olduğu müəyyən edilib”, - deyə AEM-dən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















