Bakıda içində “Bravo” olan yeni alış-veriş mərkəzi tikiləcək
MİDA-nın Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzinin tikintisi üzrə investisiya müsabiqəsinin qalibi müəyyən edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə başçısının 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq növbəti dövlət-özəl tərəfdaşlığı layihəsinə start verir. Bu barədə "Marja"ya Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, Yol Xəritəsinə uyğun olaraq, Agentlik, layihələrinin icrası zamanı dövlət vəsaitindən səmərəli istifadə etmək hədəfini rəhbər tutaraq, özəl investisiyaları cəlb etmək və bu sahədə ixtisaslaşmış tikinti-investisiya şirkətlərinin təcrübəsindən yararlanmaq məqsədilə inşaat sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə sıx əməkdaşlıq edir.
Bu istiqamətdə müəyyən edilən tədbirləri icra etmək məqsədilə, Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş investisiya müsabiqəsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində ticarət mərkəzinin tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaq investor müəyyən olunmuşdur.
Müsabiqənin qalibi olan “PMD Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (www.pmdgroup.az) tərəfindən ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasının təşkili üçün təqribən 7 milyon manat həcmində investisiya qoyuluşu həyata keçiriləcək.
“MİDA” MMC ilə iş birliyi quracaq “PMD Group” MMC daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir və Azərbaycanda gedən inkişaf proseslərinə öz töhfəsini verməkdədir.
İnvestor tərəfindən təqdim olunmuş ilkin konseptual təklifə əsasən Yasamal Yaşayış Kompleksinin sakinlərinin rahatlığını və gündəlik alış-veriş tələblərini təmin etmək məqsədilə müasir standartlara uyğun inşa olunacaq ticarət mərkəzinin ümumi sahəsi təqribən 7000 m2 təşkil edəcək. İnşa olunacaq ticarət mərkəzi ərazisində “Bravo” supermarketinin, avtodayanacaqların, müxtəlif gündəlik tələbat malları mağazalarının, həmçinin kafe və restoranların, uşaqlar üçün əyləncə zonalarının və digər ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Təqdim olunmuş investisiya təklifinə əsasən ticarət mərkəzinin 2019-cu ilin dördüncü rübündə istifadəyə verilməsi planlaşdırılır.
“PMD Group” MMC Agentliyin Yasamal Yaşayış Kompleksi adlı ilk layihəsinə MİDA tərəfindən cəlb olunmuş artıq 3-cü özəl investordur. Xatırladaq ki, yaşayış kompleksinin ərazisində bina tikintisi və müvafiq telekommunikasiya infrastrukturunun yaradılması üçün MİDA tərəfindən daha öncə cəlb olunmuş ilk 2 investor tərəfindən ümumilikdə 11 milyon manat yatırım edilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 d. əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
-
16 d. əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
18 d. əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 55 d. əvvəl
-
57 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb




















