“Metroya yaxın olan binalarda mənzilləri 1200 manatdan satırıq”
Köhnə yaşayış binalarının sökülərək yerində daha müasir binaların tikintisini nəzərdə tutan Pilot layihə çərçivəsində Nizami rayonunda çoxmərtəbəli binanın tikintisinə icazə almış şirkətlərdən biri “Rahatlığın Məkanı” MMC-dir. Şirkət Nizami rayonunun Əlif Hacıyev küçəsi 40A ünvanında iki çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirir.
Şirkətin satış nümayəndəsi Ruhiyyə Əliyeva “Marja”ya bildirdi ki, inşa edilən binalar “Qara Qarayev” metro stansiyasının çıxışı yaxınlığındadır.
“Dizaynı zövqlə hazırlanmış binalar yüksək keyfiyyətdə tikilir. Bir bina tam şəkildə inşa edilib, ikinci binanın da tikintisi davam edirilir. İki saylı bina tam hazır olduqdan sonra hər iki bina birlikdə yaşayışa təhvil veriləcəkdir. Binaların 2018-ci ilin sentyabr ayında təhvil verilməsi nəzərdə tutulur”.
Ruhiyyə Əliyeva əlavə etdi ki, sakinlər Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla (kupça) təmin olunacaqlar.
Binalarda mənzillərin çox əlverişli sahələr ilə layihələndirildiyini deyən Ruhiyyə Əliyeva sözlərinə belə davam etdi:
“Bizdə 1 otaqlı mənzillər çox əlverişlidir, iki otaqlıya çevirmək mümkündür. 1 otaqlı mənzillər 63 kv.m-dən, 2 otaqlı 90 kv.m-dən, 3 otaqlı mənzillər isə 120 kv.m-dən başlayır.
Mənzillər həm nağd, həm də kreditlə satılır. Təmirsiz mənzilin 1 kvadrat metrin nağd satış qiyməti 1200 manatdan başlayır. Mənzillər 30% ilkin ödənişi olan 3 illik kreditlə də satılır. Dəniz mənzərəsi olan mənzillərimiz də mövcuddur. 16-17-ci mərtəbələrdəki dəniz mənzərəli mənzillərin kvadrat metrinin qiyməti 1500 manatadəkdir. Həmin mənzillər 5 otaqlıdır, kifayət qədər genişdir.”
“Rahatlığın Məkanı” MMC «Qara Qarayev” metrosuna yaxın başqa bir ərazidə daha 3 binanın tikintisinə də başlayacaqdır.
Qeyd edək ki, “Rahatlığın Məkanı” MMC Bakıda keçirilən “Rec Expo” daşınmaz əmlak və investisiya sərgisində iştirak edir.
Əlaqə: (012) 422 74 75
(055) 319 39 39
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)









