Azərbaycanlı nazir kritik toplantıda iştirak edəcək
Azərbaycanın energetika naziri Pərviz Şahbazov noyabrın 29-30-da Vyanaya (Avstriya) səfər edəcək.
Bu barədə Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, P.Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin Vyanada keçiriləcək III iclasında Azərbaycanı təmsil edəcək. Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirir. Beləki, OPEC-in Nazirlər Şurasının 30 noyabr 2017-ci il tarixində Vyanada keçiriləcək 173-cü iclası ərəfəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid əl-Falih ilə Azərbaycanın energetika naziri P.Şahbazov arasında telefon danışıqları olub və rəsmi Bakı bu prosesə ardıcıl dəstəyini bir daha nümayiş etdirib.
OPEC+ ölkələri nazirlərinin III iclasında dünya neft bazarında hazırkı vəziyyətə dair OPEC-in təqdimatı, Birgə Monitorinq Komitəsinin hesabatının təhlili, kartelə daxil olmayan ölkələrin nümayəndələrinin öhdəliklərin icrası ilə bağlı çıxışları və neftin qiymət sabitliyinin dayanıqlı olması üçün yeni təkliflərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Vyana sazişi çərçivəsində üzərinə düşən öhdəlikləri tam yerinə yetirib. Belə ki, ölkə üzrə gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində 2017-ci ilin 10 ayı ərzində ölkəmizdə orta sutkalıq neft hasilatı 785 min barel təşkil edib. Dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün OPEC çərçivəsində irəli sürülmüş təşəbbüslərə ilk qoşulan ölkələrdən biri kimi Azərbaycanın bu mövqeyi, neftin dünya bazarında öz ədalətli qiymətini tapması istiqamətində aparılan proseslərə dəyərli töhfələri təşkilat tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan, ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
Əlavə edək ki, 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC+ ölkələri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci il martın 31-dək uzadılması barədə razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
20 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
1 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır























