"Vergi ödəmirlər, məşğulluq yaratmırlar, pulları götürüb xaricə aparırlar"
"Vergilərini ödəmirlər, məşğulluq yaratmırlar, pullarını götürüb xarici ölkələrə aparırlar"
İtaliya, Facebook və Google-a reklam verən yerli şirkətlərdən hər reklama görə 6 faiz vergi alacaq. Google və Facebook Azərbaycanda da vergi vermədikləri üçün tənqid edilirlər.
"Marja" xəbər verir ki, İtaliya Google və Facebook kimi dünya nəhənglərindən vergi almağın bir yolunu tapıb.
İtaliya parlamentindən keçən bir qanuna görə, bundan sonra Google və Facebook reklam verən şirkətlər reklam məğləbinin 6%-ni də dövlətə vergi olaraq ödəyəcəklər.
30 AVRO LİMİTİ
İqtidardakı Demokratiya Partiyasının qanunla bağlı verdiyi bəyanatda, "Qorxmuruq, bu məsələnin üzərinə gedəcəyik" ifadələri istifadə edilib. 30 avrodan aşağı rəqəmsal reklamlardan vergi alınmayacaq.
İtaliya, Google və Facebook reklamından vergi alan ilk ölkə olacaq. Luiss Universitetində rəqəmsal iqtisadiyyat sahəsində professor olan Paolo Cellini, "İnternet vergisi labüddür, lakin bunun siyasi olaraq təsirləri də olacaq" deyə bildirib.
Cellini, "Vergilərini ödəmirlər, məşğulluq yaratmırlar, pullarını götürüb xarici ölkələrə aparırlar" açıqlamasında bildirib.
Qeyd edək ki, Facebook, Youtube və Google kimi şirkətlər Azərbaycanda da xəbər saytlarını reklamsız qoymağa başlayıblar. Şirkətlər öz reklamlarını Facebook, Youtube və Google-da yerləşdirirlər. Qlobal sosial media saytları bu gəlirlərdən Azərbaycanın dövlət büdcəsinə vergi ödəmirlər, heç bir Azərbaycan vətəndaşını işlə təmin etmirlər. Halbuki, yerli media saytları işçi saxlayıb, vergilər ödəyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)




