Naxçıvan Avtomobil Zavoduna qıfıl vurmaq qalıb
2017-ci ilin 10 ayı (yanvar-oktyabr) ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.
"Marja" xəbər verir ki, 2017-ci ilin yanvar-iyul və yanvar-sentyabr aylarında da Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, 3 aydır Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.
01.11.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 123 ədəd təşkil edib. 01.10.2017-ci il tarixində hazır məhsul ehtiyatı 124 ədəd idi.
01.09.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 131 ədəd təşkil etmişdi. 01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd idi.
Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verməyə çalışır. Avqust və Sentyabrda zavodun bir neçə avtomobili alınaraq dövlət qurumlarına verilib.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edirdi. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunurdu. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Məhsul növləri | 2017-ci ilin yanvar-oktyabr aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.11.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Xüsusi təyinatlı kommunal maşınlar, ədəd | 2 720 | 2,1 d. | 373 |
Yük avtomobilləri, ədəd | 7 | 1,4 | 2 |
Minik avtomobilləri, ədəd | 30 | 11,1 | 123 |
Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd | 3 | 2,1 | 2 |
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
21 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 33 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb























