Deputat: “Azərişıq” və "Azəristiliktəchizat" dərhal özəlləşdirilməlidir”
Milli Məclisin komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsi zamanı “Azərişıq” ASC və "Azəristiliktəchizat" ASC-nin özəlləşdirilməsi təklif edilib.
Deputat Qüdrət Həsənquliyev bildirib ki, bu qurumlar dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunmayacaq, əksinə dərinləşəcək.
O qeyd edib ki, əhalisinin sayı Azərbaycanın yarısı qədər olan Norveçin büdcəsi 221 milyard dollardır: “Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni, biz bu cür ölkələrdən nümunə götürməliyik. Bizim büdcənin həcminə baxanda, hər şey aydın olur. Bizdə qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi 1,5 milyard dollardır. Bu, bizim iqtisadiyyatımızın real gücü haqqında məlumat verir. Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq. İqtisadiyyatın həcmi azdır, ona görə də qeyri-neft sektorunda 2,4 faiz artım olanda, sevinirik. Axı bu rəqəm iqtisadiyyatın sürətli inkişafını təmin etmir”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 16 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Ən çox oxunanlar
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu














.jpg)








