Simens-in 4-ci rüb mənfəəti azalıb
Almaniyanın texnologiya və mühəndislik şirkəti Simens AG-nin, bu ilin son rübündə mühüm bir göstərici kimi qəbul edilən sənaye əməliyyatlarından mənfəəti, 10 faiz azalaraq 1 milyard 197 milyon avro səviyyəsində baş tutub.
Simens, bu ilin dördüncü rübü və 2017-ci ilə dair maliyyə nəticələrini açıqlayıb. Hesabata görə, Simens-in sənaye müəssisələrinin mənfəəti 10 faiz düşərək 1 milyard 197 milyon avro olub.
Sənaye müəssisələrinin mənfəətlərinin azalmasına, güc və qaz sahəsindəki sifarişlərin düşməsi və şirkətin külək turbinləri istehsal edən hissəsi Simens Gamesa-da 92 milyon avroluq zərər təsir edib.
2017 hesabat ilində isə şirkətin cəmi gəlirləri 4% artaraq 83 milyard avroya, sənaye müəssisələrinin mənfəəti isə 8%-lik artımla 9,5 milyard avroya yüksəlib.
Simens AG-nin İcraçı Direktoru Joe Kaeser, "Global komandamız 2017 maliyyə ilində mükəmməl nəticələr təmin etdi. Çox müəssisə, indiyə qədər olduğundan daha güclü və rəqəmsal çağa uyğundur. Yenə də bəzi fərdi işlərdə struktur problemlərini həll etmək məcburiyyətindəyik", -ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
23 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
-
30 d. əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Ən çox oxunanlar
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib























