Nar festivalının proqramı açıqlanıb
Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə noyabrın 3-4-də Göyçay şəhərində keçiriləcək XII Nar festivalına hazırlıq işləri başa çatmaq üzrədir.
Festivalın keçirilməsi üçün yaradılan təşkilat komitəsi tədbirin vaxtı, yeri və digər məsələlərlə bağlı turizm şirkətlərinin çoxsaylı müraciətini, eləcə də mərasimdə iştirak etmək üçün Göyçaya gələcək yüzlərlə yerli və xarici turistin istəyini nəzərə alaraq, XII Nar festivalının proqramını bir həftə öncə ictimaiyyətə açıqlayıb.
Tədbirin təşkilində yaxından iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin Ağdaş Regional Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əliyev bildirib ki, Nar festivalının keçiriləcəyi ərazilərin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanıb. Bundan əlavə, hazırda Göyçay rayon Mədəniyyət Evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirinin proqramı əsasında çıxışlara hazırlaşırlar. Bayram tədbiri əvvəllər Heydər Əliyev parkında və şəhər stadionunda keçirilirdisə, bu il uşaq musiqi məktəbinin qarşısında və Cəyirli kəndi ərazisində yeni istifadəyə verilən “Göyçay” Topdansatış Ticarət Mərkəzində təşkil olunacaq.
Budəfəki Nar festivalı öz zənginliyi və möhtəşəmliyi ilə əvvəlki illərdəkindən xeyli fərqlənəcək. Festival iştirakçılarına bir sıra yeniliklər təqdim olunacaq. Belə ki, bayramla əlaqədar müxtəlif turizm şirkətləri Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar təşkil edəcək. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olacaq, bayram tədbirində iştirak edəcək, satış yarmarkalarında müxtəlif sortdan olan keyfiyyətli nar meyvəsini və ondan hazırlanan məhsulların dadına baxmaq və onları almaq imkanı qazanacaqlar.
Proqrama uyğun olaraq, noyabrın 3-də saat 11-də şəhərin mərkəzində tədbirin rəsmi hissəsi başlayacaq. Sonra nara aid milli musiqi, muğam və folklor nümunələri, müxtəlif müsabiqələr, rəngarəng sərgilər, Azərbaycan mətbəxi və nar məhsullarının bütün nümunələri təqdim ediləcək. Həmçinin “Nar” abidəsinin açılışı olacaq, “Ən gözəl nar qızı” müsabiqəsi keçiriləcək. Qonaqlar rayonun nar emalı müəssisələrinə də səfər edəcəklər. Bayram tədbiri ölkəmizin tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq.
Noyabrın 4-də isə “Göyçay” Topdansatış Ticarət Mərkəzində kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların satış sərgiləri, nar mövzusunda bədii kompozisiyalar, milli folklor nümunələri, əyləncəli müsabiqələr və satış yarmarkası olacaq. Qonaqlar nar şirəsinin, nar şərabının, nar mürəbbəsinin, nardançanın, müxtəlif sortdan olan gilələnmiş narın dadına baxa biləcəklər.
©AzərTac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
17 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























