Banklar “qara bazar”a şərait yaratdılar
Sanki banklar “qara bazar”ı himayə edirlərmiş kimi, Dolların alış qiymətini aşağı salırlar.
“Marja” xəbər verir ki, 4%-lik marjanın ləğv edilməsindən sonra banklar sərbəst məzənnələr elan etməyə başlayıblar.
Banklarda dolların satış məzənnəsi 1.88 manata çatıb. Bu, Mərkəzi Bankın örta çəkili məzənnəsindən 5.2%-ə yaxın yüksəkdir. Bir çox banklar Dolları 1.87 manatdan baha satırlar. Səhər saatalarında banklarda Dolların satış qiyməti 1.8450 manat civarında idi.
Satış məzənəsinin qaldırılmasının əksinə banklar alış qiymətini aşağı salıblar. Səhər saatlarında 1 Dolları 1.82 manatdan alan banklar indi alış qiymətini 1.77-1.78 manat səviyyələrinə salıblar. Banklardan biri isə Dolları 1.6678 manata alır.
Alış qiymətinin aşağı olması Dollar alverçilərinə meydan açır. Çünki onlar Dolları banklardan daha baha alıb, ucuz sata bilərlər. Məsələn, Dollar alverçiləri 1 Dolları rahat 1.80-1.82 manatdan alıb, 1.85-1.86 manata sata bilərlər. Belə olan halda banklar əhalidən yenə Dollar ala bilməyəcəklər, hamı yenidən “qara bazar”a üz tutacaq.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
11 d. əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
32 d. əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
-
45 d. əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
1 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
2 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
- 2 saat əvvəl
-
2 saat əvvəl
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
-
2 saat əvvəl
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
Ən çox oxunanlar
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb - 120 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT AÇIQLADI
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var






.jpg)
.jpg)








.jpg)





