Yuyucu vasitələr bazarında monitorinq - 2 məhsul standartlara cavab verməyib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə yuyucu vasitələr bazarında apardığı sonuncu araşdırmaların nəticəsini açıqlayıb.
Komitədən bildiriblər ki, bu sahədə aparılan sonuncu laborator müayinələr nəticəsində 2 məhsulda fiziki kimyəvi göstəricilər mənfi olub.
Bildirilir ki, müayinə nəticəsində məhsulda çöküntü əmələ gəlib. Normativ sənəd üzrə sınaq başa çatdıqda homogen (eyni mənşəli) və çöküntüsüz olmalıdır.
Komitədən bildirilib ki, Nazirlər Kabinetinin "Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında" 343 nömrəli 1993-cü il 1 iyul tarixli Qərarına əsasən, insan həyatı və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının müdafiəsi üçün təhlükəsizlik göstəriciləri üzrə məhsul (proseslər, xidmətlər) məcburi sertifikatlaşdırmadan keçməlidir: "Eyni zamanda, təhlükəsizliyi təmin ediləcək məhsulların siyahısı da həmin qərara əlavə edilib. Sintetik yuyucu vasitələr və məişət kimya məhsulları mövcud siyahıda təhlükəsizliyi təmin olunmalı məhsullar kimi göstərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq həmin məhsullar məcburi sertfifkatlaşdırılmalıdır".
Komitədən qeyd ediblər ki, ölkə üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanlarından sertifikat almış sintetik yuyucu vasitələrin istehsalı və idxalı ilə məşğul olan müəssisələr kifayət qədərdir. Həmin müəssisələrin istehsal məhsulları Azərbaycan ərazisində sintetik yuyucu vasitələr üçün qüvvədə olan standart "Sintetik yuyucu vasitələr" AZS 053-2001 dövlət standartı ilə yoxlanılır.
Bu standartın əhatə dairəsinə aid olan yuyucu vasitələr istifadə yerlərinə görə 2 qrupa ayrılır. Onlar paltarların və qabların yuyulması üçün nəzərdə tutulan yuyucu vasitələrdir. Qatı yuyucu vasitələr toz və dənəvər formada olmalı, axıcı və homogen (eyni mənşəli) olmalı, kiflənmiş və pis iyli olmamalı, içərisində gözlə görünə bilən kənar maddələr olmamalıdır.
Komitədən həmçinin bildirilib ki, narın yuyucu vasitələr narın formada və homogen (eyni mənşəli) olmalı, daşlaşmamalı və pis iyli olmamalı, içərisində gözlə görünə bilən kənar maddələr olmamalıdır.
Mayeşəkilli yuyucu vasitələr homogen (eyni mənşəli) və çöküntüsüz olmalı, pis iyli olmamalı, içərisində gözlə görünə bilən kənar maddələr olmamalıdır.
Sintetik yuyucu vasitələrinin üzərində istifadə qaydaları haqqında məlumatlar və görülməli ehtiyat tədbirləri barədə qeydlər olmalıdır. Eyni zamanda, tərkibində qoruyucu və dezinfeksiya edici maddələr olarsa, konsentrasiyaları nəzərə alınmadan qutu üzərində göstərilməlidir.
© Trend
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 7 saat sonra
-
-
9 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
10 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
10 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
11 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























