“Baku Bus” 152 milyon manat zərər içində
“Baku Bus” MMC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 226 milyon 143 min manat təşkil edib.
Şirkətin maliyyə hesabatında bildirilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,7% azdır.
Son bir ildə “Baku Bus”ın cəmi öhdəlikləri 9,8% azalaraq 177 milyon 967 min manat olub. Şirkətin cəmi kapitalı 0,85% artaraq 48 milyon 177 min manata çatıb, nizamnamə kapitalı isə 39,8% azalaraq 18 milyon 49 min manata düşüb.
İCARƏYƏ OFİSLƏR TƏKLİF OLUNUR!
2016-cı ildə “Baku Bus”un əməliyyat (sərnişindaşıma) gəlirləri 12 milyon 629 min manat (2015-ci ilə nisbətən 2,9 dəfə çox), əməliyyat (sərnişindaşıma) xərcləri 28 milyon 390 min manat (82,1% çox), inzibati xərcləri 4 milyon 484 min manat (64,8% çox), məzənnə fərqindən zərəri 31 milyon 862 min manat (55% az), maliyyə xərcləri 2 milyon 49 min manat (36,7% az), mənfəət vergisi ödəmələri isə 40 min manat təşkil edib. Son nəticədə, şirkət ötən ili 54 milyon 638 min manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 42,6% azdır. "Baku Bus" MMC 2015-ci ili 95 milyon 260 min manat zərərlə bağlamışdı.
“Baku Bus”ın yığılmış zərəri isə 151,57 mln. manata çatıb. Zərərin qarşılanması üçün ötən il dövlət şirkətə investisiyaları 181,697 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 58,4% çoxdur.
Xatırladaq ki, “Baku Bus” 2014-cü ildə yaradılıb. Dövlətə məxsus şirkət Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 11 d. əvvəl
-
-
12 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
23 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb






.jpg)
.jpg)








.jpg)






