“Abşeron” yatağının podratçılığı “Azneft”ə həvalə olunub
2017-ci ilin mühüm hadisələrindən biri də Fransanın “Total” şirkəti tərəfindən işləniləcək Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının podratçılığının “Azneft” İstehsalat Birliyinə həvalə olunmasıdır.
Bunu “Azneft” İstehsalat Birliyində keçirilən bu ilin yanvar-sentyabr ayları üzrə texniki-iqtisadi yekunlara və qarşıda duran vəzifələrə həsr olunan hesabat müşavirəsində Birliyin Baş direktoru Daşqın İskəndərov bildirib.
Ötən doqquz ayın Birlik üçün uğurlu dövr olduğunu söyləyən D.İskəndərov bu müddət ərzində müasir standartlara cavab verən bir sıra iri layihələrin uğurla gerçəkləşdirildiyini vurğulayıb.
Baş direktor beynəlxalq şirkətlərlə əməkdaşlıqların instensivləşdirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib, bu istiqamətdə ABŞ-ın “McKinsey&Company” şirkəti ilə birgə mühüm işlərin həyata keçirildiyini bildirib. Sözügedən şirkətin “Günəşli” (dayazsulu) yatağında hasilatın optimallaşdırılması üçün təhlillər apardığını və Birliyə tövsiyələrini verdiyini bildirib.
Birliyin Baş direktoru həmçinin qeyd edib ki, SOCAR-ın həyata keçirdiyi iri layihələrin təhlili ilə məşğul olan beynəlxalq “Independent Projects Analysis” (Layihələrin Müstəqil Təhlili) şirkəti tərəfindən “Günəşli”, “Qərbi Abşeron” və “Bulla-dəniz” yataqlarında həyata keçirilmiş iri layihələrin təhlilləri aparılıb, bu barədə sözügedən şirkət öz tövsiyələrini bildirib. D. İskəndərov bundan sonra da Birliyin beynəlxalq şirkətlərlə əməkdaşlığı davam etdirəcəyini ifadə edib. Onun sözlərinə görə, 2017-ci ilin mühüm hadisələrindən biri də Fransanın “Total” şirkəti tərəfindən işləniləcək “Abşeron” yatağının podratçılığının “Azneft” İstehsalat Birliyinə həvalə olunmasıdır: “Bu, bizə beynəlxalq şirkətlərin təcrübəsinin öyrənilməsi şansını verir. Bizim üçün sevindirici haldır. Əlbəttə, bütün bu layihələrin idarə olunması üçün beynəlxalq standartlara cavab verən kadrlar olmalıdır. Bu istiqamətdə çoxsaylı səylər göstərilir. Gələcəkdə də kadrların hərtərəfli təkmilləşdirilməsi, qiymətləndirilməsi və istedadlı mütəxəssislərin irəli çəkilməsi həyata keçiriləcək”.
Sonda Baş direktor D. İskəndərov təmirə ehtiyacı olan hidrotexniki qurğuların müəyyənləşdirilməsi, quyularda vaxtında profilaktik tədbirlərin görülməsi kimi məsələlərin aktuallığından danışıb, qışa hazırlıq istiqamətində bütün hidrotexniki qurğuların yoxlanılmasının, hidro-dinamik və geoloji tədqiqatların artırılmasının, quyu fondunun genişləndirilməsinin, mütəmadi olaraq yataqlarda elmi-tədqiqat işlərinin aparılmasının və üçüncü təsir üsullarının tətbiqinin vacibliyini vurğulayıb. O bildirib ki, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsal Müəssisəsinin imkanlarının genişləndirilməsi, sifarişlərin sayının artırılması, idarələrdə gənc mütəxəssislərin peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi, onların potensialından maksimum istifadə edilməsi, yeni perspektivli layihələrə gənc mütəxəssislərin cəlb olunması istiqamətində ciddi tədbirlərin görülməsi priorotet kimi müəyyənləşdirilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
-
2 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
23 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Ən çox oxunanlar
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb






.jpg)





.jpg)




.jpg)





