"Bitcoin qumardan betərdir"
Bitcoin bahalaşmaqda davam edərkən pessimist cəbhə Bitcoin-i və Bitcoin alanları tənqid etməyə davam edir.
"Marja" xəbər verir ki, son tənqid, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin tərəfindən edilib.
Oreşkin, "Bitcoin-ə sərmayə, qumarxanada rulet oynamaqdan daha az təxmin edilə bilər. Kiçik sərmayəçilər Bitcoin kimi yüksək volatilli alətlərə pul yatırmamalıdır" deyib.
Rusiyalı nazir, Soçi şəhərində etdiyi çıxışında, "Bitcoinin qiymətində dalğalanmalara baxın. Kiçik sərmayəçilərin pul yatırdığı alətlər belə olmamalıdır. Bitcoin qumardan betərdir" deyib.
Oreşkinə görə Bitcoin sərmayəçiləri əvvəl qazanacaq, sonra itirəcək və geriyə heç bir şey qalmayacaq.
"MƏSƏLƏ BITCOIN-İN DƏYƏRİ DEYİL"
Bitcoin-in tərəfdarları əsl məsələnin onun neçə dollar olduğunu deyil, "blockhain" texnologiyasının yaratdığı yeni iqtisadiyyatın əhəmiyyətli olduğunu vurğulayırlar. Çünki Bitcoin, "blockchain" sayəsində vasitəçiyə ehtiyac olmadan bir istifadəçidən digərinə transfer edilə bilir və məşhurluğu da buradan gəlir. "Blockchain" ilə təmin edilən bu xüsusiyyət ticarətin bəzi qaydalarını yeni yazmağa başlayıb.
13% VERGİ
Digər tərəfdən Rusiya Prezidenti Valdimir Putin, "CryptoRuble" adı ilə hökumətin nəzarətində bir milli kriptovalyuta yaradılmasını dəstəkləyir. Rusiya, yaxın zamanda öz kriptovalyutasını çıxaracaq. İnsanlar həmin kriptovalyutadan istifadə edib, qazana biləcəklər. "CryptoRuble"un həqiqi rubla çevirilməsinə də icazə veriləcək. Bu zaman, "CryptoRuble"u necə qazandığını açıqlaya bilməyənlərdən Rubla çevirəndə13% vergi alınacaqdır.
Bakı vaxtı ilə saat 07:30-da Bitcoin-in dəyəri 5608 dollar təşkil edib.
Bitcoin-in 7 ili
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
5 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 7 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)



