ABŞ-da qazılan neft quyularının sayı azalıb
ABŞ-ın neft sənayesinin görünüşü və qısamüddətli xam neft hasilatı barədə göstərici kimi qəbul edilən qazılan quyuların sayı bu həftə geriləyib.
"Marja" xəbər verir ki, Dünyanın ən böyük neft sahəsi xidmət şirkətlərindən biri olan "Baker Hughes"ın açıqladığı məlumatlara görə, Amerikanın neft sənayesində qazılan neft quyularının sayı 2 quyu azalıb və 2-6 Oktyabrı əhatə edən həftədə ümumi say 748-ə düşüb.
Beləliklə, ölkədə qazılan neft quyularının sayında son 5 həftədə 4 dəfə azalma baş verib.
ABŞ-da qazılan neft quyularının sayı 2014-cü ilin Oktyabr ayında 1609-a çatmış, aşağı neft qiymətlərinin mənfi təsirilə keçən ilin may ayında 316-ya geriləmişdi.
Digər tərəfdən, ABŞ-ın xam neft istehsalı artmaqda davam edir.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqladığı məlumatlarına görə, ABŞ-ın xam neft hasilatı keçən həftə gündəlik orta hesabla 14 min barel artımla 9,56 milyon barelə çatıb. Beləliklə, ABŞ-ın xam neft istehsalı 4 həftə ardıcıl yüksəlmişdir.
EIA-nın hesabatına görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon, gələn il 9,8 milyon barrel olması nəzərdə tutulur.
Brent nefti bu həftəni 2,42% ucuzlaşma ilə 55,62 dollarda bağlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 5 d. əvvəl
-
- 10 d. əvvəl
- 18 d. əvvəl
- 38 d. əvvəl
- 54 d. əvvəl
-
55 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol





.jpg)
.jpg)







.jpg)






