Neft Fondu büdcəsinə dəyişikliklər ilə bağlı məlumat yaydı
Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2017-ci il büdcəsinə dəyişikliklər edilib.
Fonddan "Marja"ya daxil olmuş məlumata görə, Fərmana uyğun olaraq 2017-ci il büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Neft Fondunun 2017-ci il büdcəsində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 7 550 705,3 min manatdan 9 826 212,0 min manata qədər, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 3 465,0 min manatdan 3 605,5 min manata, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 16 830,0 min manatdan 17 688,5 min manata, valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 799 094,6 min manatdan 963 948,0 min manata, neft-qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonus gəlirləri 495,0 min manatdan 2 407,6 min manata qədər və Fondun 2017-ci il üzrə büdcə gəlirlərinin ümumi həcmi 8 370 589,9 min manatdan 10 813 861,6 min manata qədər artırılıb.
Neft Fondunun 2017-ci il üçün büdcə xərclərinin ümumi həcmi 14 483 856,0 min manatdan 15 242 928,0 min manata qədər artırılıb.
Fərmana əsasən Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 90 000,0 min manatdan 105 000,0 min manata qədər artırılıb və Fondun 2017-ci il büdcəsinə Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı 744 072,0 min manat məbləğində xərc maddəsi əlavə edilib.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
-
27 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 46 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər























