“AzRe Təkrarsığorta” ciddi dəyişikliklərə hazırlaşır
Fevralın 13-də “Azre Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaq saat 10:00-da, Şirkətin Bakı şəhəri, Abbasqulu ağa Bakıxanov küçəsi, 6 ünvanındakı “Bridge Plaza”nın 8-ci mərtəbəsində yerləşən ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə 1 yanvar 2016-cı il tarixinə Cəmiyyətin xalis mənfəəti hesabına onun səhmlərinin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artırılması və hər səhminin nominal dəyərinin müəyyən edilməsi, səhmdarların nizamnamə kapitalında payınım müəyyən edilməsi, Cəmiyyətin aidiyyəti şəxsləri ilə əqdlərin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin İdarə Heyətinə həvalə olunması, nizamnamə kapitalının artırılması və aidiyyəti şəxslərlə bağlı nizamnaməyə dəyişikliklər barədə sənədin təsdiq edilməsi, nizamnamə kapitalının artırılmasının dövlət qeydiyyatı ilə əlaqədar bütün tələb olunan sənədlərin, o cümlədən müraciət ərizələrinin imzalanması və müvafiq dövlət orqanlarına təqdim olunması, alınması və Cəmiyyətin rəhbərliyinə təhvil verilməsi üçün üçün səlahiyyətli nümayəndənin təyin edilməsi, Cəmiyyətin rəhbər işçiləri ilə əmək müqaviləsinin imzalanması məsələləri daxildir.
Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 mln. manatdır. Şirkətin səhmləri 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 88,57%-lik səhmdarıdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 d. əvvəl
- 5 d. əvvəl
- 6 d. əvvəl
- 9 d. əvvəl
- 10 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır














.jpg)





