Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
Yapon yeni cümə axşamı gec saatlarda ABŞ dolları qarşısında 161 səviyyəsini keçərək təxminən 40 ilin minimumuna yaxınlaşıb. Bu isə Tokionun milli valyutanı müdafiə etmək üçün yenidən bazara müdaxilə edə biləcəyi ilə bağlı gözləntiləri artırıb.
Marja xəbər verir ki, cümə axşamı Yaponiya fond bazarları bağlandıqdan sonra yen kəskin şəkildə ucuzlaşıb. Valyuta dollar qarşısında əvvəlcə 161 səviyyəsini keçib, daha sonra gün ərzində zəifləməni davam etdirərək 1 dollar üçün 161,80 yenədək geriləyib. Bu, 2024-cü ilin iyulundan bəri ən aşağı səviyyədir.
Yenin dollar qarşısında 161,96 səviyyəsindən də zəifləməsi onun 1986-cı ildən bəri ən aşağı həddə enməsi demək olacaq.
Yenin ucuzlaşması Yaponiya maliyyə rəsmilərinin yeni xəbərdarlıqlarına səbəb olub. Bildirilir ki, maliyyə naziri Satsuki Katayama bu yaxınlarda keçirilən G7 görüşündə Yaponiyanın valyuta bazarlarında spekulyativ hərəkətlərə qarşı “qəti addımlar atmağa hazır olduğunu” deyib.
Valyuta, Maliyyə Nazirliyinin may ayında həyata keçirdiyi 70 milyard dollardan çox müdaxiləyə və Yaponiya Mərkəzi Bankının son faiz artımına baxmayaraq təzyiq altında qalmaqda davam edir. Faiz artımından sonra ölkədə borclanma xərcləri 1995-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Yaponiya Mərkəzi Bankının sədr müavini Ryozo Himino parlamentdə bildirib ki, mərkəzi bank valyuta məzənnəsindəki hərəkətləri diqqətlə izləyir. Onun sözlərinə görə, məzənnə dəyişiklikləri ölkə iqtisadiyyatına və inflyasiyaya təsir göstərir.
CNBC-yə danışan ekspertlər bildiriblər ki, yenin zəifləməsinin qarşısını almaq üçün həyata keçirilən müdaxilələr əsasən səmərəsiz qalıb. Buna səbəb valyutaya təsir edən amillərin struktur xarakter daşımasıdır.
Bu amillərə dolları dəstəkləməkdə davam edən yüksək ABŞ xəzinədarlıq istiqrazları gəlirliliyi, eləcə də Baş nazir Sanae Takaichi administrasiyasının iqtisadi artıma yönəlmiş siyasəti daxildir. Hökumət nisbətən yumşaq monetar şərtlərə üstünlük verdiyinə dair siqnallar verib.
Zəif yen Yaponiyanın ixracını və iqtisadi artımını dəstəkləsə də, idxal inflyasiyası və ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin azalması ilə bağlı narahatlıqları artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 14 d. əvvəl
-
-
22 d. əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 26 d. əvvəl
- 30 d. əvvəl
-
35 d. əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
40 d. əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
-
59 d. əvvəl
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
-
1 saat əvvəl
Kondisioner, TV, smartfon, soyuducu – Baku Electronics-də qiymətlər endi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Azərbaycan vətəndaşlarının vizasız getdiyi ölkələrin sayı açıqlanıb
Ən çox oxunanlar
“Broker” anlayışı dolayı və birbaşa gömrük təmsilçiliyi ilə əvəz edilir, reyestr yaradılacaq, lisenziya ləğv ediləcək
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI

























