Polad Bülbüloğlu Stavropolda sözünü dedi - "Hər şey yağ kimi getmir"
"Bütün ailələrdə olduğu kimi, dövlətlər arasında da gərginliklər olur. Lakin bu problemli məsələləri həll etmək üçün biz varıq, diplomatlar, nazirlər, dövlət orqanları var, dövlət rəhbərlərimizin siyasi iradələri var".
Rusiyanın Stavropol şəhərində keçirilən VIII Regionlararası Forumunda Azərbaycan tərəfi Ümumrusiya Azərbaycan Konqresinin ləğvindən narahatlıq ifadə edib.
Forumun plenar iclasında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyadakı Azərbaycan diaspor təşkilatı olan Ümumrusiya Azırbaycan Konqresinin qeydiyyatının ləğv edilməsindən danışıb:
"Təəssüflər olsun ki, hüquqi prosedur məsələləri ilə bağlı Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı ləğv edilib. Ümid edirik ki, bütün hüquqi məsələlərin həllindən sonra bizim diaspor təşkilatımız yaxın vaxtlarda öz fəaliyyətini davam etdirəcək",-deyə azərbaycanlı nazir bildirib.
Şahin Mustafayev ÜAK-ın 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradıldığını xatırladıb: "Bütün bu müddət ərzində ÜAK Rusiya rəhbərliyi tərəfindən irəli sürülən vəzifələrin yerinə yetirilməsində və ölkənin ictimai-siyasi həyatında milli diasporun birlləşməsi üçün aktiv fəaliyyət göstərib. Rusiyanın demək olar ki, bütün regionlarında çoxsaylı Azərbaycan diasporu yaşayır. Azərbaycan diasporu Rusiya cəmiyyətinə inteqrasiya edib və bu ölkənin inkişafına heç də az olmayan töhvə verir".
Plenar iclasda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Rusiya xalqlarının hər zaman bir yerdə mehriban yaşadıqlarını qeyd edib: "Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Mən çıxışımda Rusiyaya sanksiyalar tətbiq olunan zaman Azərbaycanın etibarlı dost, tərəfdaş kimi atdığı addımları xatırlatmaq istərdim. Mən bu addımın siyasi, ictimai və insani mahiyyətini açıqlamaq istəyirəm. Heç kəsə sirr deyil ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq ənənələri bağlayır, Rusiyada böyük Azərbaycan diasporu yaşayır. Qafqazda ən böyük rus diasporu da məhz Azərbaycanda yaşayır. Diaspor və diaspor təşkilatları da qarşılıqlı əməkdaşlığımızın, dostluğumuzun alətidir. Son hadisələr onu göstərir ki, heç də hər zaman hər şey yağ kimi getmir. Lakin biz ümid edirik ki, bu, sadəcə inkişafa xas olan çatışmazlıqdıq. Bütün ailələrdə olduğu kimi, dövlətlər arasında da gərginliklər olur. Lakin bu problemli məsələləri həll etmək üçün biz varıq, diplomatlar, nazirlər, dövlət orqanları var, dövlət rəhbərlərimizin siyasi iradələri var. Elə etmək lazımdır ki, Rusiyada yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan ruslar özlərini rahat hiss etsinlər".
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
15 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























