Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda 2027-2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi inkişaf proqramının ilin sonuna qədər qəbul olunması gözlənilir.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.

Reklam_3_11

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı əsasında ölkənin növbəti dövr üçün sosial-iqtisadi inkişaf proqramı hazırlanır: "İlin sonuna qədər proqramın qəbul olunması gözlənilir. Bu sənəd ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı əsas çərçivə sənədi olacaq və iqtisadiyyatın bütün sahələrini əhatə edəcək. Yeni proqram Azərbaycanın orta müddətli inkişaf prioritetlərini müəyyənləşdirəcək və müxtəlif sahələr üzrə qəbul edilən sektoral proqramlarla əlaqələndiriləcək".

O bildirib ki, artıq bir sıra istiqamətlər üzrə sektoral proqramlar hazırlanıb və təsdiqlənib: "Bu proqramlar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı hədəfləri və fəaliyyət istiqamətlərini müəyyən edir. Yeni sosial-iqtisadi inkişaf proqramı ölkədə iqtisadi artımın davamlılığının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və digər strateji məqsədlərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq".

İş elanları AzVak.az-da

© "Report"

09.06.2026 10:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19