Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İranın Beyrut ətrafına endirilən İsrail zərbəsinə cavab olaraq İsrailə doğru çoxsaylı raket zərbələri endirməsindən sonra bazar ertəsi neft qiymətləri yüksəlib.

Marja xəbər verir ki, bu hadisə kövrək atəşkəsi təhlükə altına salıb və münaqişənin danışıqlar yolu ilə sona çatacağına dair ümidləri zəiflədib.

Reklam_3_11

Brent neft fyuçersləri 4,4 faiz bahalaşaraq bir barel üçün 97,21 dollara yüksəlib (Bakı vaxtı ilə saat 08:50-yə olan məlumat).

Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlar atəşkəs ümidlərini zəiflədib.

İran bazar günü axşam saatlarında İsrailin şimalına doğru bir neçə raket atıb. Məlumatlara görə, İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirib.

Tehran hücumun İsrailin Beyrutun cənub ətraflarında keçirdiyi əməliyyatlara cavab olduğunu bildirib. İsrail rəsmiləri isə əlavə hərbi addımlar barədə xəbərdarlıq ediblər və İrana cavab raket zərbələri endirilib. İsrail İranda neft-kimya şirkətinə də zərbə endiri.  Bu qarşılıqlı zərbələr aprel ayında qüvvəyə minən atəşkəsdən bəri ən ciddi pozuntu kimi qiymətləndirilib.

Son gərginlik qlobal neft istehlakının təxminən beşdəbirinin daşındığı kritik dəniz marşrutu olan Hörmüz boğazından neft axınlarında fasilənin uzanacağı ilə bağlı narahatlıqları yenidən artırıb.

İş elanları AzVak.az-da

Axios-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bazar günü İsrailin Baş naziri Benyamin Netanyahuya İranın raket hücumuna cavab verməməyi tövsiyə edəcəyini bildirib.

Neft qiymətləri ötən həftənin sonunda gərginliyin azalacağına dair ümidlər fonunda kəskin ucuzlaşmışdı. Brent nefti cümə günü ticarəti təxminən 93 dollar, WTI isə 90,54 dollar ətrafında başa vurmuşdu. Lakin son hərbi toqquşmalar bu gözləntiləri sürətlə dəyişib.

08.06.2026 08:53
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19