İri şirkətin 11 şöbəsində təcrübə qazanmaq fürsəti - Gənclər üçün Yay Təcrübə Proqramı
“Azerfloat” QSC Yay Təcrübə Proqramına Start Verir!“Azerfloat” QSC 2026-cı ilin iyun ayından etibarən “Siz Xoş Gələcəksiniz” adlı Yay Təcrübə Proqramına start verir. Proqram 3 ay müddətini əhatə edir və gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləməyi hədəfləyir.
Proqram haqqında
Seçim prosesi mərhələli şəkildə (məntiq testi və müsahibə) həyata keçiriləcək. Seçilən namizədlər aşağıdakı şöbələr üzrə təcrübə keçmək imkanı əldə edəcəklər:
• Mühasibatlıq şöbəsi
• Maliyyə şöbəsi
• Logistika
• Nəzarət-ölçü cihazları və avtomatlaşdırma şöbəsi
• SƏTƏM şöbəsi
• Satış şöbəsi
• Keyfiyyətə nəzarət və laboratoriya şöbəsi
• Sənaye qaz istehsalı şöbəsi
• Elektrik mühəndisliyi şöbəsi
• Mexanika şöbəsi
• İstehsalat şöbəsi
Təcrübə müddəti ərzində iştirakçılar şirkətin fəaliyyəti ilə yaxından tanış olacaq, real iş tapşırıqları üzərində çalışaraq praktiki bilik və bacarıqlar əldə edəcəklər. Proqram, gənclərin iş həyatına uğurlu başlanğıc etməsi üçün dəyərli imkan yaradır.
Proqramı uğurla başa vuran iştirakçılar “Azerfloat” QSC tərəfindən sertifikat və xasiyyətnamə ilə təmin olunacaqlar. Yüksək nəticə göstərən təcrübəçilərə şirkətdə işlə təmin olunmaq imkanı təqdim ediləcək.
Namizədlərə tələblər
• Ali və ya orta ixtisas təhsilinin sonuncu kursunu bitirən tələbələr (2026 məzunları)
• Ali və ya orta ixtisas təhsilini yeni bitirmiş məzunlar (2025 məzunları)
• Güclü ünsiyyət bacarıqları
• Təşəbbüskarlıq və məsuliyyətlilik
• Punktuallıq
• Analitik düşüncə və araşdırma bacarığı
Təminatlar
• Əmək haqqı: 400 AZN (vergilər daxil)
• Nahar pulu
• Servis xidməti (20 Yanvar metrostansiyasından)
• İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Əlavə məlumat
Təcrübə proqramı aşağıdakı ünvanlarda keçiriləcək:
Bakı şəhəri, Koroğlu Rəhimov küç. 13 (Gənclik ofisi)
Sumqayıt Kimya Sənaye Parkı, Kimyaçılar küç. 1
Müraciət qaydası
Müraciət etmək istədiyiniz şöbənin adını mütləq şəkildə mövzu hissəsində qeyd etməklə cv-nizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin göndərilməsində son tarix 07 May 2026-22 May 2026-cı il tarixləri aralığıdır.
Qeyd: Mövzu hissəsində şöbə adı qeyd edilməyən müraciətlərə baxılmayacaqdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)










.jpg)

