Bankların kredit portfelinin artım tempi cüzi sürətlənib
2026-cı ilin Fevral ayında Azərbaycan banklarının cəmi kredit portfeli 0.5% və ya 138.8 milyon manat artarkən, Mart ayında artım 0.6% və ya 171.5 milyon manat təşkil edib2026-cı ilin Mart ayının sonunda fəaliyyətdə olan bankların cəmi aktivləri 57 milyard 960.8 milyon manat, cəmi öhdəlikləri 50 milyard 292.5 milyon manat, balans kapitalı 7 milyard 668.3 milyon manat olmuşdur. Mart ayında fevral ayı ilə müqayisədə bankların cəmi aktivləri və öhdəlikləri 1.4%, balans kapitalı 2% artmışdır.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Statistik bülleteninin Mart sayında bildirilir.
2026-cı ilin Fevral ayının sonu ilə müqayisədə 2026-cı ilin Mart ayında bankların kredit portfeli 0.6% və ya 171.5 milyon manat artaraq 30 milyard 290.3 milyon manata çatıb.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.5% (16 milyard 214.8 milyon manat);
ıı) istehlak kreditləri – 31.3% (9 milyard 490.9 milyon manat)
ııı) ipoteka kreditləri – 15.2% (4 milyard 584.6 milyon manat).
Xatırladaq ki, 2026-cı ilin Yanvar ayının sonu ilə müqayisədə 2026-cı ilin Fevral ayında bankların cəmi kredit portfeli 0.5% və ya 138.8 milyon manat artaraq 30 milyard 118.9 milyon manata çatmışdı.
2026-cı ilin Fevral ayının sonuna kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.3% (16 milyard 058 milyon manat);
ıı) istehlak kreditləri – 31.4% (9 milyard 467.5 milyon manat)
ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 593.4 milyon manat).
Qeyd edək ki, bankların cəmi kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin yanvar ayında 82,9 milyon manat və ya 0,3% azalmışdı. 31 yanvar 2026-cı il tarixinə bankların kredit portfeli 29 milyard 980.1 milyon manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)




.jpg)








