bp-yə yeni vitse-prezident təyin olundu
Nadir İmanov 1 aprel 2026-cı il tarixindən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.
Bu barədə Marja.az-a "bp"nin Bakı ofisindən bildirilib.
Qeyd edilib ki, hazırda Nadir İmanov şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir.
Yeni vəzifəsində Nadir İmanov bp-nin AGT regionu üzrə maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq. O, bp-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.
Nadir bu vəzifədə AGT regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək. Kolin isə 1 aprel tarixindən Birləşmiş Krallığa qayıdacaq.
Bu vəzifədə Nadir bp-nin Azərbaycanda yerli vətəndaş olan yeddinci vitse-prezidenti kimi AGT üzrə regional rəhbər heyətin üzvü olacaq.
Nadirin 30 ildən artıq planlaşdırma və kommersiya sahəsində təcrübəsi var və əksərən də bp əməkdaşı kimi Azərbaycan, Türkiyə, Misir və Omanda çalışmaqla həmin ölkələrdə böyük komandalara və iri biznes sahələrinə rəhbərlik edib.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
- 14 d. əvvəl
-
15 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
















.jpg)








