Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qlobal smartfon bazarının bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir

Qlobal smartfon tədarüklərinin 2026-cı ildə illik müqayisədə 12,9% azalaraq 1,1 milyard ədədə düşəcəyi proqnozlaşdırılır. Smartfonların orta satış qiymətinin bu il 14% artaraq 523 dollarla rekord səviyyəyə çatacağı gözlənilir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal smartfon bazarının  bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın  bazar araşdırma şirkəti "International Data Corporation" (IDC) smartfon bazarı ilə bağlı yenilənmiş proqnozlarını açıqlayıb.

Marja.az IDC-nin məlumatına istinadən xəbər verir ki, 2026-cı ildə qlobal miqyasda smartfon tədarüklərinin (satışlarının) illik müqayisədə 12,9% azalaraq 1,12 milyard ədəd səviyyəsinə düşəcəyi gözlənilir.

Reklam_3_11

Bildirilib ki, bu azalma son 10 ildən artıq dövr ərzində ən aşağı illik satış həcmi olacaq. Proqnozun əvvəlki gözləntilərlə müqayisədə aşağı yönlü yenilənməsi yaddaş (memory) təchizatı böhranının dərinləşməsi ilə əlaqələndirilir.

Regional baxımdan qiymətləndirildikdə, xüsusilə aşağı seqment smartfonların üstünlük təşkil etdiyi bazarlarda daha kəskin azalma gözlənilir. Yaxın Şərq və Afrika regionunda illik 20,6% ilə ən sərt azalma proqnozlaşdırılır. Dünyanın ən böyük iki bazarından biri olan Çində 10,5%, Asiya-Sakit okean regionunda isə 13,1% azalma gözlənilir.

Açıqlamada qeyd olunub ki, yaddaş böhranının gələn ilin ortalarından etibarən sabitləşməyə başlaması ilə 2027-ci ildə smartfon bazarında 2% məhdud bərpa, 2028-ci ildə isə illik 5,2% daha güclü artım gözlənilir.

Telefon qiymətlərində rekord gözləntisi

IDC-nin baş tədqiqat direktoru Nabila Popal bildirib ki, aşağı seqment istehsalçılar təklif məhdudiyyətləri və artan qiymətlər fonunda zəifləyən tələbat səbəbilə satış həcmlərində ciddi azalma ilə üzləşəcəklər.

Popal qeyd edib: “Tədarüklər rekord səviyyədə düşsə də, smartfonların orta satış qiymətinin bu il 14% artaraq 523 dollarla rekord səviyyəyə çatacağı gözlənilir.”

İş elanları AzVak.az-da

XXX

"International Data Corporation" (IDC) tərəfindən açıqlanan “Worldwide Quarterly Mobile Phone Tracker” hesabatına görə, qlobal smartfon tədarüklərinin 2026-cı ildə illik müqayisədə 12,9% azalaraq 1,1 milyard ədədə düşəcəyi proqnozlaşdırılır. Marja xəbər verir ki, bu azalma smartfon bazarını son on ildən artıq dövrdə ən aşağı illik tədarük səviyyəsinə endirəcək. Mövcud proqnoz noyabr ayındakı gözləntilərlə müqayisədə yaddaş təchizatı böhranının dərinləşməsi fonunda kəskin aşağı yönlü yenilənməni əks etdirir.

IDC-nin vitse-prezidenti Francisco Jeronimo bildirib: “Şahid olduğumuz vəziyyət müvəqqəti sıxıntı deyil, yaddaş təchizatı zəncirindən qaynaqlanan və bütün istehlakçı elektronikası sənayesinə yayılan sunami təsirli şokdur. Qlobal smartfon bazarı, xüsusilə Android istehsalçıları ciddi təhdidlə üz-üzədir. Biznesi əsasən aşağı seqmentə yönəlmiş satıcılar ən çox zərər görəcək. Komponent (ehtiyat hissələri) xərclərinin artması onların mənfəət marjasına zərbə vuracaq və bu xərcləri son istifadəçilərə ötürmək məcburiyyətində qalacaqlar. Əksinə, Apple Inc. və Samsung Electronics bu böhranı idarə etmək üçün daha əlverişli mövqedədir. Kiçik və aşağı seqment Android istehsalçıları artan xərclərlə mübarizə apararkən, Apple və Samsung həm böhranı daha rahat aşa, həm də rəqabət mühitinin daralması fonunda bazar paylarını artıra bilərlər.”

IDC-nin baş tədqiqat direktoru Nabila Popal isə qeyd edib ki, yaddaş böhranı sadəcə müvəqqəti azalmaya səbəb olmayacaq: "Kiçik oyunçuların bazardan çıxması ilə konsolidasiyanın artacağını gözləyirik. Təchizat məhdudiyyətləri və yüksək qiymət səviyyəsində zəifləyən tələbat fonunda aşağı seqment istehsalçılar kəskin tədarük azalması ilə üzləşəcəklər. Tədarüklər rekord səviyyədə geriləsə də, smartfonların orta satış qiymətinin bu il 14% artaraq rekord 523 dollara çatacağı proqnozlaşdırılır. Yaddaş qiymətlərinin 2027-ci ilin ortalarından etibarən sabitləşəcəyi gözlənilsə də, əvvəlki səviyyəyə qayıtması ehtimalı azdır — bu isə 100 dollardan aşağı seqmenti (171 milyon cihaz) daimi olaraq qeyri-rentabelli edəcək. Qısası, nə istehsalçılar, nə də istehlakçılar üçün əvvəlki vəziyyətə qayıdış gözlənilmir.”

Regional baxımdan, aşağı seqment smartfonların yüksək paya malik olduğu bazarlarda daha ciddi azalma proqnozlaşdırılır. Yaxın Şərq və Afrika regionunda 20,6% ilə ən kəskin geriləmə gözlənilir. Dünyanın iki ən böyük bazarından biri olan Çində 10,5%, Asiya-Sakit okean regionunda (Yaponiya və Çin istisna olmaqla) isə 13,1% azalma proqnozlaşdırılır. Böhranın 2027-ci ilin ortalarına doğru sabitləşməyə başlaması ilə həmin il 2% məhdud bərpa, 2028-ci ildə isə illik 5,2% daha güclü artım gözlənilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

27.02.2026 09:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18