Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət

NVIDIA 25 yanvar 2026-cı il tarixində başa çatan dördüncü rüb üzrə 68,1 milyard dollar məbləğində rekord gəlir əldə etdiyini açıqlayıb. Bu, əvvəlki rüblə müqayisədə 20%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 73% artım deməkdir. 2026-cı maliyyə ili üzrə gəlir 215,9 milyard dollar olub ki, bu da ötən illə müqayisədə 65% artım göstərir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın çip istehsalçısı, Kaliforniya ştatında yerləşən Nvidia şirkətinin gəliri 3 aylıq dövrdə illik müqayisədə 73 faiz artaraq 68,1 milyard dollar təşkil edib və bazar gözləntilərini üstələyib.

Marja.az xəbər verir ki, şirkət 25 yanvarda başa çatan və 2026-cı maliyyə ilinin dördüncü rübü kimi qəbul etdiyi 3 aylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb. Sözügedən dövrdə şirkətin əldə etdiyi gəlir illik müqayisədə 73 faiz artaraq 68,1 milyard dollara yüksəlib.

Gəlirini əvvəlki rüblə müqayisədə də 20 faiz artıran Nvidia, ötən ilin eyni dövründə 39,3 milyard dollar gəlir əldə etmişdi.

Bazarın gözləntisi (proqnoz) şirkətin bu dövrdə 65,56 milyard dollar gəlir açıqlayacağı istiqamətində idi.

Nvidia-nın gəliri 2026-cı maliyyə ili üzrə ümumilikdə 65 faiz artaraq təxminən 216 milyard dollar təşkil edib. 

Çip istehsalçısı hazırkı rüb üçün gəlir proqnozunu 78 milyard dollar səviyyəsində açıqlayıb və qeyd edib ki, proqnozlarda Çindən əldə ediləcək məlumat mərkəzi gəlirləri ilə bağlı hər hansı fərziyyə nəzərə alınmayıb.

Şirkətin mənfəəti 94 faiz artıb

Nvidia-nın xalis mənfəəti də sözügedən rübdə illik müqayisədə 94 faiz (təxminən 2 dəfə) artaraq 42,96 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 22,1 milyard dollar təşkil etmişdi.

2025-ci maliyyə ilinin dördüncü rübündə 89 sent olan səhm üzrə mənfəəti bu dövrdə 1,76 dollara yüksəlib.

Şirkətin mənfəəti də bazar gözləntilərini üstələyib.

Nvidia-nın təsisçisi və baş icraçı direktoru (CEO) Jensen Huang bildirib ki, hesablama gücünə tələbat sürətlə artır:

“Müştərilərimiz süni intellekt sənaye inqilabını və gələcək inkişaflarını dəstəkləyən "fabriklər" kimi çıxış edən süni intellekt hesablama infrastrukturlarına investisiya qoymaq üçün yarışırlar.”

İş elanları AzVak.az-da

XXX

NVIDIA 2026-cı maliyyə ilinin dördüncü rübü və ümumi maliyyə ili üzrə maliyyə nəticələrini açıqlayıb.

Rüblük gəlir rekord məbləğdə - 68,1 milyard dollar təşkil edib, bu göstərici 3-cü rüblə müqayisədə 20%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 73% artıb.

Süni intellekt çipləri və avadanlıqların satışını əhatə edən məlumat mərkəzi üzrə rüblük gəlir rekord məbləğdə - 62,3 milyard dollar olub, bu da 3-cü rüblə müqayisədə 22%, ötən ilin eyni dövrü ilə müqayisədə 75% artım deməkdir.

İllik rekord gəlir 215,9 milyard dollar təşkil edib və bu göstərici illik müqayisədə 65% artıb.

Rüb ərzində GAAP (milli qanunvericiliyə uyğun olaraq hər ölkədə tətbiq olunan milli mühasibat standartları) və non-GAAP (milli qanunvericiliyə uyğun olmayan milli mühasibat standartları) ümumi mənfəət marjaları müvafiq olaraq 75,0% və 75,2% təşkil edib. 2026-cı maliyyə ili üzrə isə GAAP və non-GAAP ümumi mənfəət marjaları müvafiq olaraq 71,1% və 71,3% olmuşdu.

Rüb ərzində səhm üzrə mənfəət (EPS) GAAP və non-GAAP əsasında müvafiq olaraq 1,76 dollar və 1,62 dollar təşkil edib. 2026-cı maliyyə ili üzrə isə GAAP və non-GAAP əsasında səhm ürə mənfəət müvafiq olaraq 4,90 dollar və 4,77 dollar olub.

NVIDIA-nın təsisçisi və baş icraçı direktoru (CEO) Jensen Huang bildirib:

“Müəssisələrdə süni intellektin tətbiqi sürətlə artır. Müştərilərimiz süni intellekt sənaye inqilabını və gələcək artımlarını gücləndirən hesablama infrastrukturlarına — faktiki olaraq fabriklərə — investisiya qoymaq üçün yarışırlar.”

Nvidia Nvidia maliyyə nəticələri Nvidia rüblük hesabat Nvidia illik artım Nvidia gəlir artımı Nvidia xalis mənfəət artımı Nvidia səhm üzrə mənfəət Jensen Huang açıqlaması ABŞ çip istehsalçısı Kaliforniya texnologiya şirkəti süni intellekt çipləri AI hesablama infrastrukturu data mərkəzi gəlirləri Çin bazarı Nvidia Nvidia gəlir proqnozu bazar gözləntilərini üstələyib Wall Street proqnozu Nvidia illik gəlir artımı texnologiya sektoru xəbərləri qlobal yarımkeçirici bazarı süni intellekt sənaye inqilabı Nvidia səhmləri Nasdaq texnologiya şirkətləri
26.02.2026 07:48

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18