Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 120 milyard dollar xalis mənfəət
NVIDIA 25 yanvar 2026-cı il tarixində başa çatan dördüncü rüb üzrə 68,1 milyard dollar məbləğində rekord gəlir əldə etdiyini açıqlayıb. Bu, əvvəlki rüblə müqayisədə 20%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 73% artım deməkdir. 2026-cı maliyyə ili üzrə gəlir 215,9 milyard dollar olub ki, bu da ötən illə müqayisədə 65% artım göstərir.ABŞ-ın çip istehsalçısı, Kaliforniya ştatında yerləşən Nvidia şirkətinin gəliri 3 aylıq dövrdə illik müqayisədə 73 faiz artaraq 68,1 milyard dollar təşkil edib və bazar gözləntilərini üstələyib.
Marja.az xəbər verir ki, şirkət 25 yanvarda başa çatan və 2026-cı maliyyə ilinin dördüncü rübü kimi qəbul etdiyi 3 aylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb. Sözügedən dövrdə şirkətin əldə etdiyi gəlir illik müqayisədə 73 faiz artaraq 68,1 milyard dollara yüksəlib.
Gəlirini əvvəlki rüblə müqayisədə də 20 faiz artıran Nvidia, ötən ilin eyni dövründə 39,3 milyard dollar gəlir əldə etmişdi.
Bazarın gözləntisi (proqnoz) şirkətin bu dövrdə 65,56 milyard dollar gəlir açıqlayacağı istiqamətində idi.
Nvidia-nın gəliri 2026-cı maliyyə ili üzrə ümumilikdə 65 faiz artaraq təxminən 216 milyard dollar təşkil edib.
Çip istehsalçısı hazırkı rüb üçün gəlir proqnozunu 78 milyard dollar səviyyəsində açıqlayıb və qeyd edib ki, proqnozlarda Çindən əldə ediləcək məlumat mərkəzi gəlirləri ilə bağlı hər hansı fərziyyə nəzərə alınmayıb.
Şirkətin mənfəəti 94 faiz artıb
Nvidia-nın xalis mənfəəti də sözügedən rübdə illik müqayisədə 94 faiz (təxminən 2 dəfə) artaraq 42,96 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 22,1 milyard dollar təşkil etmişdi.
2026-cı maliyyə ilində Nvidia-nın xalis mənfəəti də 65% artaraq 120 milyard dollar təşkil edib. Şirkət 2025-ci maliyyə ilində 73,88 milyard dollar xalis mənfəət əldə etmişdi.
2025-ci maliyyə ilinin dördüncü rübündə 89 sent olan səhm üzrə mənfəəti bu dövrdə 1,76 dollara yüksəlib.
Şirkətin mənfəəti də bazar gözləntilərini üstələyib.
Nvidia-nın təsisçisi və baş icraçı direktoru (CEO) Jensen Huang bildirib ki, hesablama gücünə tələbat sürətlə artır:
“Müştərilərimiz süni intellekt sənaye inqilabını və gələcək inkişaflarını dəstəkləyən "fabriklər" kimi çıxış edən süni intellekt hesablama infrastrukturlarına investisiya qoymaq üçün yarışırlar.”
XXX
NVIDIA 2026-cı maliyyə ilinin dördüncü rübü və ümumi maliyyə ili üzrə maliyyə nəticələrini açıqlayıb.
Rüblük gəlir rekord məbləğdə - 68,1 milyard dollar təşkil edib, bu göstərici 3-cü rüblə müqayisədə 20%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 73% artıb.
Süni intellekt çipləri və avadanlıqların satışını əhatə edən məlumat mərkəzi üzrə rüblük gəlir rekord məbləğdə - 62,3 milyard dollar olub, bu da 3-cü rüblə müqayisədə 22%, ötən ilin eyni dövrü ilə müqayisədə 75% artım deməkdir.
İllik rekord gəlir 215,9 milyard dollar təşkil edib və bu göstərici illik müqayisədə 65% artıb.
Rüb ərzində GAAP (milli qanunvericiliyə uyğun olaraq hər ölkədə tətbiq olunan milli mühasibat standartları) və non-GAAP (milli qanunvericiliyə uyğun olmayan milli mühasibat standartları) ümumi mənfəət marjaları müvafiq olaraq 75,0% və 75,2% təşkil edib. 2026-cı maliyyə ili üzrə isə GAAP və non-GAAP ümumi mənfəət marjaları müvafiq olaraq 71,1% və 71,3% olmuşdu.
Rüb ərzində səhm üzrə mənfəət (EPS) GAAP və non-GAAP əsasında müvafiq olaraq 1,76 dollar və 1,62 dollar təşkil edib. 2026-cı maliyyə ili üzrə isə GAAP və non-GAAP əsasında səhm ürə mənfəət müvafiq olaraq 4,90 dollar və 4,77 dollar olub.
NVIDIA-nın təsisçisi və baş icraçı direktoru (CEO) Jensen Huang bildirib:
“Müəssisələrdə süni intellektin tətbiqi sürətlə artır. Müştərilərimiz süni intellekt sənaye inqilabını və gələcək artımlarını gücləndirən hesablama infrastrukturlarına — faktiki olaraq fabriklərə — investisiya qoymaq üçün yarışırlar.”
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 22 saat sonra
-
- 21 d. əvvəl
- 35 d. əvvəl
-
37 d. əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
54 d. əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
1 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Banka illik 13 faizlə 5 milyon manat pul lazımdır - ŞƏRTLƏR
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
Fevralın 27-də gözlənilən hava şəraiti



















