Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Naxçıvan şəhərinin marşrutları "BakuBus" şirkətinə, 142 nömrəli şəhərətrafı marşrut "Çinar-Trans" şirkətinə verilib.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Naxçıvan şəhərində 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli şəhərdaxili, eləcə də paytaxtın 142 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Naxçıvan şəhərində 1 nömrəli (Əliabad qəsəbəsi – Yeni Naxçıvan yaşayış massivi), 2 nömrəli (Tumbul kəndi – Əyləncə adası), 3 nömrəli (Olimpiya İdman Kompleksi), 4 nömrəli (“Araz” İstehsalat Birliyi – Əliabad qəsəbəsi), 5 nömrəli (Elektrik yarımstansiyası – Xalçaçılıq fabriki), 6 nömrəli (Babək şəhəri – Zəfər parkı), 7 nömrəli (Qaraçuq kəndi – “Cahan” ticarət mərkəzi), 8 nömrəli (Xəlilli kəndi – “Cahan” ticarət mərkəzi) və 9 nömrəli (Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti – Yeni Naxçıvan yaşayış massivi) şəhərdaxili marşrutlar üzrə hüquqi şəxs "BakuBus" MMC qalib elan olunub.
Paytaxtın 142 nömrəli (metronun "20 Yanvar" stansiyası – Masazır kəndi) şəhərətrafı marşrutu üzrə müsabiqənin qalibi isə hüquqi şəxs "Çinar-Trans" MMC-dir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
19 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)







.jpg)






.jpg)






