Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb
Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2026-cı ilin yanvar ayında ölkədə 9 milyard 78,7 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artmışdır.
ÜDM istehsalının 33,9 faizi sənaye, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə sahələrinin, 23,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 884,5 manata bərabər olmuşdur.
2026-cı ilin yanvar ayında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2026-cı ilin yanvar ayında 4,7 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artmışdır.
Sənaye məhsulunun 56,4 faizi mədənçıxarma sektorunda, 35,2 faizi emal sektorunda, 7,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,7 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 92,7 faiz, elektrik avadanlıqlarının istehsalı 53,2 faiz, tikinti materiallarının istehsalı 39,3 faiz, tütün məmulatlarının istehsalı 37,4 faiz, kağız və karton istehsalı 26,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 20,3 faiz, poliqrafiya məhsullarının istehsalı 8,2 faiz, geyim istehsalı 3,9 faiz artmış, mebel istehsalı 0,3 faiz, qida məhsullarının istehsalı 0,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 3,9 faiz, içkilərin istehsalı 6,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 6,7 faiz, maşın və avadanlıqların istehsalı 10,8 faiz, neft məhsullarının istehsalı 16,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 21,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 26,7 faiz, hazır metal məmulatlarının istehsalı 28,5 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,7 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
3 saat sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
- 23 d. əvvəl
-
-
34 d. əvvəl
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığı üzrə seminar keçirilib
-
1 saat əvvəl
Aprelin 14-də Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
-
1 saat əvvəl
"ABB Invest "vasitəsilə "PAŞA Bank" səhmlərinin sahibi olun!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya Bankı Xəzər dənizi ilə bağlı regional ekoloji layihəni maliyyələşdirir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bank Respublika”nın “Qızıl Seçim” lotereyasının ikinci tirajına sayılı günlər qaldı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
"ABB Invest "vasitəsilə "PAŞA Bank" səhmlərinin sahibi olun!
Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladı!
Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
Ən çox oxunanlar
“Bizim kapital ehtiyacımız yoxdur, İPO addımı illərdir formalaşan inkişafı bölüşmək, yerli kapital bazarının inkişafına töhfə verməkdir”
ABŞ ordusu İran limanlarına qarşı dəniz blokadasına başlayır
Rəsmi məzənnələr açıqlandı
Neft blokada xəbəri ilə bahalaşıb
Bu gün "PAŞA Bank"ı 1 milyard manatdan çox bazar dəyrinə çatdıra biləcək "səhmlərin abunə yazılışı" başlayır
Tramp: Hörmüz Boğazını blokadaya alacağıq




















