"Bank Avrasiya"nın adı Şikayət indeksində 1-ci yerdədir
"Bank Avrasiya"nın xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaq şərtilə, Bankdan şikayətlərin sayı çoxdur.Azərbaycan Mərkəzi Bankı "Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini (2026-cı ilin yanvar ayı üzrə)" dərc edib.
Marja.az xəbər verir ki, ən yuxarı şikayət indeksi (qırmızı zona) "Bank Avrasiya" və "AFB Bank"dadır.
"Bank BTB", "Turanbank", "Unibank", "AccessBAnk", "Bank of Baku", "Yapı Kredi Bank Azərbaycan" və "Rabitəbank" orta şikayət indeksində (sarı zonada) qərarlaşıblar.
Aşağı şikayət indeksi zonasında (yaşıl zona) "PAŞA Bank", XalqBank", "Bank Respublika", "Azər-Türk Bank", "Kapital Bank", "Bank VTB Azərbaycan", "Yelo Bank", ABB (Azərbycan Beynəlxalaq Bankı) və "Expressbank" yer tutublar.
Şikayət indeksinin izahı: İndeks hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanmışdır.
Banklar üzrə şikayət indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadə olunmuşdur:
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı / Müştərilər üzrə bazar payı
“Şikayətlər üzrə bazar payı” – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir. Təkrar şikayətlər, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər hesablamadan istisna olunmuşdur
“Müştərilər üzrə bazar payı” – cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir.
Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi (2026-cı ilin yanvar ayı üzrə)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)




